İmperialist dövlətlər tərəfindən əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin mənəvi və hüquqi baxımdan heç bir bəraəti olmayan əməlləri XX əsrin əvvəllərindən başlayaraq 1918-ci ildə özünü ən pik həddə göstərib. Normal insan təfəkküründən uzaq olan erməni millətçiləri var olduğu gündən nəinki regionumuza, hətta bütün dünyaya təhlükə saçır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev mart soyqırımını tarixi faktlara söykənən sübutlarla şərh edib: "Azərbaycan xalqına qarşı ermənilərin soyqırımlar törətməsinin tarixi hələ xanlıqların son dövrünə təsadüf edir. XVIII əsrin əvvəllərində I Pyotr zamanında Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Sisianovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçdi. Müharibədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan xanlıqları işğal edildi. İşğalın nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. Daha sonra 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandı və Azərbaycan iki yerə bölündü. O zamandan da ermənilərin bu ərazilərə köçürülməsi başlanılıb. Beləliklə, ermənilərin Qafqaza planlı köçürülməsi nəticəsində Zaqafqaziyanı "qana boyamağın" bünövrəsi qoyuldu. 1813-cü ildən Azərbaycan torpaqlarına köçən ermənilər zaman-zaman yerli azərbaycanlıları yaşadıqları dədə-baba torpaqlarından köçməsi üçün kiçik həcmli hücumlar etməyə başladı və bu, ildən-ilə daha da böyüyərək soyqırımlarına şərait yaratdı. 1905-1906-cı illərdəki hadisələrdən nəticə çıxarmayan Azərbaycanın o zamankı ziyalıları, ictimai xadimləri və yerli əhali 1918-ci ilin 31 martında ağır formada qətliamla üz-üzə qaldı".
Ekspert qeyd edir ki, bu hadisələrin başında duran bolşeviklərin sağ əli Stepan Şaumyan idi. Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnakların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər eyni dəst-xətti daşıyırdı. Bu qanlı cinayətlərin bir məqsəd - "böyük Ermənistan" naminə törədildiyi və vahid mərkəzdən - Rusiyadan idarə olunduğu arxiv sənədlərindən aşkara çıxır.
S.Şaumyanın bu hadisələri ilk dəfə Tiflisdə həyata keçirmək istəyi olub, sonra isə Azərbaycanda. Lakin bu plan baş tutmadıqda, o, Bakıya gəlir. 1918-ci ilin əvvəllərində V.İ.Leninin və İ.V.Stalinin imzaladıqları 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistan hökuməti yaratmaq niyyətini güdürdü.
Bolşevik-erməni planına görə, Moskva ermənilərə istinadən Qafqazda yerləsmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəbhədən dönən erməni alaylarını Bakıda toplayır, onlarla ruslardan ibarət "Qızıl ordu" təşkil edirdi. Bu surətlə sırf ermənilərdən ibarət mütəşəkkil "Qızıl ordu"nun başına cəllad Avakyan keçmişdi. Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. Bu qətliamla 3 gün içərisində minlərlə günahsız azərbaycanlının qanı axıdıl-mış, mülklər, xanimanlar yerlə-yeksan edilmiş, hər tərəf qana qərq olmuşdu. Tam 3 gün, 3 gecə yerdən, göydən və dənizdən Bakıya bomba və qumbaralar yağmışdır. Bu qətliam Bakı ilə məhdudlaşmamış, Şaumyan, Avakyan, Arakelyan, Amazasp və Lalayan - Qubaya, qərbə - Şirvana və cənuba - Muğan və Lənkərana keçərək on minlərlə azərbaycanlını qılıncdan keçirmişlər. Şamaxıda Əmirov, Salyan, Muğan