Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, ağır cinayətlər düşmənin xain xislətinin təzahürüdür. Ümumilikdə desək, anti-Azərbaycan, türkofobiyanın geniş vüsət aldığı Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti düşmənin təxribatçı olduğunu bir daha təsdiqləyir. Regionun müxtəlif bölgələrində aşkar olunmuş kütləvi məzarlıqlar isə ermənilərin qeyri-humanist davranışlarının bariz nümunəsidir.
XX əsrin 80-ci illərindən başlanan Qarabağ məsələsinin davam etdiyi 30 il müddətində düşmənin daha da vəhşiləşdiyini görmək mümkündür. Belə ki, üzdəniraq haylar işğal etdikləri ərazilərimizdə genişmiqyaslı qətliamlar törətməklə yanaşı, gorbagor babaları Andranikin əməllərini də davam etdiriblər. Hələ Birinci Qarabağ savaşı zamanı düşmən riyakarcasına qətlə yetirdiyi hərbi, mülki azərbaycanlıları kütləvi məzarlıqlarda basdırmaqla erməni toplumunun vandallığını dünyaya sərgiləmişlər. Ancaq beynəlxalq ictimaiyyət məsələyə biganə qalmışdır. Xain düşmənin Kəlbəcər rayonunun Ağdaban, Başlıbel kəndlərində, "Tunel" adlanan ərazisində, Şuşanın Daşaltı kəndində törətdikləri cinayətlərin izləri hələ də aşkarlanmaqdadır. Həmçinin erməni tapdağından azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri zamanı tapılan kütləvi məzarlıqlar azərbaycanlıların amansızlıqla qətlə yetirildiklərinin əyani sübutudur. Ermənistanla sərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndində düşmən tərəfindən diri-diri yandırılan insanların külə dönmüş cəsədləri də tarixdə görünməyən cinayətlərdəndir. Rayonun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndlərinin sakinlərinin taleyi də əfsuslar olsun ki, eyni olmuşdur. Erməni dığalarının insanlıq əleyhinə törətdikləri vəhşiliklərin izinə Edilli kəndində də rast gəlmək mümkündür. Sözügedən kənddə Birinci Qarabağ müharibəsi zamanı qaniçən haylar tərəfindən əsir götürülmüş və işgəncələrə məruz qalaraq öldürülmüş 25 Azərbaycan hərbçisinin basdırıldığı kütləvi məzarlıq da aşkar edilmişdir. Ermənilər bu kəndi vaxtikən həbs düşərgəsi kimi də istifadə etmişlər.
Xatırladaq ki, Ağdam, Füzuli, Şuşa rayonlarının ərazisində də fərdi və kütləvi məzarlıqlar tapılmışdır. Təəssüf ki, işğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikcə aşkar olunan kütləvi məzarlıqların sayı da artır. Kəlbəcər rayonunun Başlıbel kəndində aparılan istintaq işləri zamanı da kütləvi məzarlıq tapılmışdır. Məlum olub ki, 1993-cü ildə düşmənin həmin kəndə hücumu zamanı əhali mağaralara sığınmışdır. Qaniçən haylar sakinlərin sığındığı yerləri müəyyənləşdirmiş, onlara odlu silahlardan atəş açmışdır.
Müharibənin bitməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun fəsadları hələ də özünü bəlli etməyə davam edir. Bu ərazilərdə tapılan kütləvi məzarlıqların sayı isə artmaqdadır. İyunun 19-da Ağdamın Sarıcalı kəndində aşkarlanan kütləvi məzarlıq bunu bir daha təsdiqləmişdir. Burada dəfn olunan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırıldığı ehtimal olunur. Məzarlıqla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb. Hazırda Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün sadaladıqlarımızdan bir daha məlum olur ki, Ermənistan bəşəriyyət üçün böyük təhdiddir. Prezident İlham Əliyevin Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı söylədiyi fikirlər Ermənistanın xain xislətini aydın göstərir: "Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi məzarlıqlar aşkar etdik. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir".
Qaniçən düşmən bu günə qədər itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında məlumat verməkdən boyun qaçırmış, beynəlxalq öhdəliklərini pozmuşdur. Bir məqamı da qeyd etmək lazımdır ki, dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır cinayətlərdən hesab olunur. Buna görə də həmin cinayətləri törədənlər lazımi cəzalarını almalıdırlar.
Nəzrin ELDARQIZI,
"Respublika".