Azərbaycan torpaqlarına köçürülmüş ermənilər öz mövqelərini möhkəmləndirmək üçün 1905-ci ildən yerli əhaliyə qarşı planlı və kütləvi silahlı basqınlar etmiş, təxribatlar aparmış və hücumlara məruz qoymuşdur. Təkcə 1905-1907-ci illərdə ermənilər onlarla genişmiqyaslı əməliyyat həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməklə soyqırımı siyasətini daha da genişləndirmişlər. Bundan sonra qədim yurd-yerlərimiz olan İrəvanda zaman-zaman soydaşlarımız təqiblərə məruz qalmışdır. 1918-1920, 1930-1940, 1948-1952 və 1988-ci illərdə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdü.
1918-ci il martın 26-dan aprelin 1-nə kimi Şaumyan, Arakelyanı və Əmiryanın ideya müəllifliyi ilə kütləvi qırğınlar törədilmişdi. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar vəhşicəsinə dağıdılmışdır. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri havadarlarının köməyi ilə qeyri-insani əməllərini davam etdirmiş, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, Lənkəran, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Sözügedən bölgələrdə erməni şovinistləri tərəfindən otuz mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz doğma, qədim torpaqlarından qovulmuşdur. Təkcə Bakıda on bir minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüş, onların çoxunun meyitləri tapılmamışdır.
O dövrün tarixçilərinin və şahidlərinin dediklərinə görə, şəhər yerdən və havadan bombardman edilmişdi. Dinc azərbaycanlı əhalini diri-diri su və neft quyularına, dənizə, yanar təndirlərə atırdılar ki, törətdikləri cinayətin izini itirsinlər. Hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün "türk, müsəlman" olmaq kifayət edirdi. İş o yerə çatmışdı ki, daşnaklar "biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir", - deyə hətta müsəlman sosialistlərini belə qırdılar…". Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilmişdir.
Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi.
Bu qanlı faciə zamanı Bakı şəhəri camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. 1918-ci ildə törədilən bu faciə zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar.
1918-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da erməni faşistləri tərəfindən soyqırıma məruz qalmışdırlar. Belə ki, erməni quldurları "böyük Ermənistan" yaratmaq üçün Qərbi Azərbaycandakı müsəlman əhalini oradan çıxarmağa çalışırdılar. Həmin il aprel ayının sonunda bu ərazidə 199 müsəlman kəndi dağıdıldı.
Bu ağır və olduqca çətin günlərdə Nuru Paşanın, Mürsəl Paşanın rəhbərlik etdiyi türk ordusu xalqımızın imdadına çatdı. Əfsanəvi general-leytenant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu xalqımızın azadlığı və istiqlaliyyəti uğrunda böyük şücaət və qəhrəmanlıq göstərdi. Bakını erməni faşistlərindən azad edərkən minlərlə türk oğulları qəhrəmanlıqla həlak oldular. Qafqaz İslam Ordusunun verdiyi bu şəhidlər bugünkü gəncliyimiz üçün unudulmazdır.
Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikaya xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş