Erməni lobbisi “Atatürk” serialının yayınlanmasına mane oldu
Gündəm

Erməni lobbisi “Atatürk” serialının yayınlanmasına mane oldu

Türkiyə Cümhuriyyətinin banisi hesab olunan Mustafa Kamal Atatürkün xatirəsinə çəkilən və baş rolunda məhşur türk aktyoru Aras Bulud İynəmlinin oynadığı “Atatürk” serialı ABŞ-da erməni lobbisinin təzyiqi nəticəsində “Dizney Plus” video striminq şirkəti tərəfindən yayımdan çıxarılıb.

“Respublika” "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, erməni diasporu ABŞ-da Beynəlxalq Erməni Komitəsinə məktub ünvanlayaraq “Atatürk” serialının yayım siyahısından çıxarılması qərarına verdiyi dəstəyə görə onlara təşəkkür edib.

Bu qərar bütün Türkiyə ərazisində böyük etirazla qarşılanıb. Vətəndaşlardan “Dizney Plus” abunəliklərinin ləğvi çağırışı edilib. Məsələ Türkiyə Böyük Millət Məclisində də müzakirə olunub. Onlar məsələ ilə bağlı geniş müzakirələr apararaq şirkətin erməni lobbisinin təzyiqinə aldanmamağa çağırıb.

Etirazlardan sonra “Dizney Plus”-un Türkiyə ofisində serialın ölkə daxilində yayımlanması qərarı alınıb.

Tacir SADIQOV

"Respublika".