Erməni faşizminin cinayətkar mahiyyəti
Digər xəbərlər

Erməni faşizminin cinayətkar mahiyyəti

İyirminci  əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsi təkcə  Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, təhqir,  vəhşi vandalizm, kütləvi qırğın aktıdır.

Xocalı soyqırımı erməni daşnak faşizminin mahiyyətidir. Bu qətliamdan  31 il keçsə də, xalqımızın Xocalı yarası sağalmayıb.

Geridə qoyduğumuz ötən illərə nəzər salsaq "biz nələri edə bilmişik" sualına cavab olaraq bildirmək istərdim ki, Xocalı soyqırımına düzgün siyasi-hüquqi qiymət verərək bu cinayəti beynəlxalq ictimaiyyətin  diqqətinə çatdıra bildik.

Belə ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən "Xocalıya Ədalət!" kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.

Gənclərin də yaxından iştirak etdiyi "Xocalıya ədalət!" kampaniyası qısa vaxt ərzində kifayət qədər beynəlxalq dəstək qazana bilmişdir.

Məqsədyönlü  diplomatik tədbirlər nəticəsində Xocalı soyqırımı dünyanın 17  ölkəsi, habelə, ABŞ-ın 30-a yaxın ştatı tərəfindən  tanınmış və bu qətliama beynəlxalq siyasi qiymət verilmişdir.

Biz xalq olaraq, cəmiyyət olaraq Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməklə soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin ən sərt şəkildə cəzalandırılmasını təmin edəcəyik. Xocalıya qayıdaraq yurdumuzu yenidən bərpa etməklə muzey-xatirə kompleksi qurulmuş bir şəhərə çevirməliyik.

Əminəm ki, biz bunu birlikdə yaxın zamanlarda həyata keçirəcəyik. Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağın böyük hissəsində və Şərqi Zəngəzurda ədaləti bərpa etdik. Xocalıda da üçrəngli bayrağımızı dalğalandıracağıq.

Elmir HƏŞİMLİ,

Gənclərin İnkişaf və Karyera

Mərkəzinin Qax nümayəndəliyinin

direktoru.