Azərbaycanın qlobal enerji layihələrindəki fəallığı təkcə ölkəmizin deyil, həm də bütövlükdə Avrasiya regionunun, Avropa Birliyinin və ümumilikdə, dünyanın enerji təhlükəsizliyinə müsbət təsir etmiş, neft-qaz ixracı sahəsində uğurlu tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyində mühüm yer tutaraq transmilli layihələrin həyata keçirilməsində etibarlı tərəfdaşa çevrilmişdir. Hasil edilən neft və qazın Mərkəzi Avropaya çatdırılması üçün transmilli enerji ixracının şaxələndirilməsi həyata keçirilməklə yeni ixrac marşrutlarının yaradılması enerji təhlükəsizliyinin təmin edilməsinə yardım etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlu enerji siyasətinin əsası məhz "Əsrin müqaviləsi" ilə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin birbaşa səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"ndən sonra enerji ixracatı ölkəmizin hərtərəfli inkişafını şərtləndirən əsas amilə çevrilmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdəki nitqində ölkəmizin ümumi iqtisadi və siyasi inkişafının məhz "Əsrin müqaviləsi" ilə başladığını xüsusi nəzərə çatdıraraq demişdir: "Ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz "Əsrin kontraktı"ndan başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir. Ölkəmiz üçün böyük fayda gətiribdir. Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir".
Azərbaycan təbii qazının Avropaya inteqrasiyası TANAP və TAP layihələri ilə mümkün olmuşdur. TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazı Türkiyəyə və Avropaya nəql edir. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. 2011-ci ilin sonunda Azərbaycan və Türkiyənin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə TANAP layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalaması nəticəsində beynəlxalq layihə bu gün Avropanın təbii qaz tələbatını önəmli dərəcədə ödəyir. Bununla yanaşı, layihənin reallaşdırılaması üçün qardaş Türkiyənin BOTAŞ (Boru Xətləri ilə Petrol Daşınması) şirkəti 6 milyard kubmetr qazın Türkiyəyə nəql olunmasını təmin etdi, qalan 10 milyard kubmetr qazın satışı ilə bağlı bir sıra Avropa şirkətləri ilə, əsasən də italyan şirkətləri ilə razılığa gəlindi. Şübhəsiz ki, TANAP Azərbaycanın Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını 24 milyard kubmetrə kimi artıracaq.
Trans-Adriatik Boru Kəməri (TAP) isə Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Qeyd etmək lazımdır ki, uğurlu enerji ixracatının nəticəsi kimi, ölkəmiz təbii qaz ixrac etdiyi ölkələrin sayını bu ilin sonuna qədər 6-dan 10-a yüksəldəcək. Artan qaz hasilatı və digər Avropa ölkələrinin də layihədən faydalanmaq istəyi bunu şərtləndirdi. Təsadüfi deyil ki, Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək öz enerji potensialını dünya miqyasında sübut etmişdir. 2023-cü il ərzində isə Azərbaycanın 24,5 milyard kubmetrdən çox təbii qaz ixrac edəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin açılışı, 2011-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının şaxələndirilməsini stimullaşdırmaq məqsədilə çox mühüm sənəd hesab edilən Avropa Komissiyası ilə Azərbaycan arasında strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumunun imzalanması enerji ixracatını daha da artırdı. Ardınca, 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda və 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi baş tutdu. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə