“Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Tacikistanla əlaqələrin inkişafına töhfə verəcək”.
“Respublika” “Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan dövlət başçısı İlham Əliyev ilə görüşdə deyib.
“Azərbaycan rəhbərinin Mərkəzi Asiya Dövlət Başçılarının tədbirində iştirakı iki ölkə arasında münasibətlərin inkişafında əsas amillərdən birinə çevriləcək”, - o vurğulayıb.
Görüşdə tərəflər Tacikistan və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edib və Prezident İlham Əliyevin 2023-cü ilin aprelində Düşənbəyə səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair müzakirələr aparıblar.
Bundan başqa, prezidentlər ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin gücləndirilməsini müzakirə ediblər.
Xatırladaq ki, sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir