Elmdə şəffaflıq və dürüstlük cəmiyyətin gələcək inkişafının təminatıdır
MÜSAHİBƏLƏR

Elmdə şəffaflıq və dürüstlük cəmiyyətin gələcək inkişafının təminatıdır

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevdir

Yeni texnologiyaların yaranması sürətli dəyişikliklərlə müşayiət olunan qloballaşma prosesi cəmiyyətin, o cümlədən insanların həyatına da fəal şəkildə nüfuz edir. Bu proses ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın, eyni zamanda bir sıra mühüm məsələlərin tənzimlənməsinin zəruriliyini önə çıxarır. Elmin inkişafı qloballaşan dünyamızda hər bir ölkə üçün prioritetə çevrilir. Bu mənada elmi dərəcə elmi adların verilməsi məsələsi mühüm əhəmiyyət daşıyır.

Bir sözlə, müasir dövrün tələbləri bütün sahələrdə, o cümlədən elm sahəsində yeniləşməni zəruri edir. Son illər ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülüb. 27 Mart - Elm Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayevlə geniş söhbət etmişik. Həmin söhbəti oxuculara təqdim edirik.

Famil müəllim, bu ilin mart ayında elm ictimaiyyəti qarşısında çıxış edərək "2019-2022-ci illər ərzində Azərbaycan Respublikasında elmi dərəcələrin elmi adların verilməsi ilə bağlı" Ali Attestasiya Komissiyasının Hesabatını təqdim etdiniz. Hesabatdan da məlum oldu ki, baxılan dövr ərzində Ali Attestasiya Komissiyası tərəfindən fəaliyyət göstərdiyi sahə üzrə ciddi əsaslı islahatlar həyata keçirilmişdir. Elmi dərəcə elmi adların verilməsi ilə bağlı normativ-hüquqi bazada islahatlar öz əksini necə tapmışdır?

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə" "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə" təsdiq edilib. Bu Əsasnamələrin təsdiq edilməsi elmi dərəcə elmi adların verilməsində yeni dövrün başlanğıcı kimi qeyd edilməlidir. Müvafiq normativ aktlar xeyli sayda proqressiv dəyişikliklərin təminatçısı oldu: dissertasiya şuralarının elmi seminarların fəaliyyəti yeni qaydalar üzrə təşkil edildi, müdafiənin keçirilməsi, səsvermə prosedurlarına əsaslı dəyişikliklər olundu. Məlum olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə çərçivəsindəki məhdudiyyətlər elm təhsilə daha çox təsir göstərdi. Bununla əlaqədar Komissiyanın Rəyasət Heyətinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin dissertasiya şuralarında müdafiələrin təşkili keçirilməsinə dair tələblər müəyyənləşdirildi. Həmçinin dissertasiya şuralarında qərarların qəbulu zamanı səsvermə Komissiyanın rəsmi saytı üzərindən elektron formada onlayn rejimdə keçirilməyə başladı. Səsvermənin elektron formada keçirilməsi təcrübədə özünü doğrultdu. Gələcəkdə dissertasiya şuralarında səsvermənin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur ki, bu da şəffaflığın təmin edilməsi prosedurların asanlaşması baxımından əhəmiyyətlidir.

Müvafiq Əsasnamələrin təsdiq edilməsindən keçən dövr ərzində elmi dərəcə elmi adların verilməsi sahəsində görülmüş işlərin təcrübədən əldə edilmiş məlumatların təhlili zamanı bir sıra ixtisaslar üzrə yüksəkixtisaslı mütəxəssis çatışmazlığı, o cümlədən təcrübədə bəzi prosedur, qayda şərtlərin səmərəliliyinin artırılması ehtiyacı səbəbindən normativ bazaya bir sıra yeniliklərin edilməsi zərurəti yarandı. Burada əsas məqsəd elmi fəaliyyətin imitasiyası, psevdoelm elmi nəticələrlə spekulyasiya hallarını istisna edən qiymətləndirmə sisteminin formalaşdırılmasından ibarət olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, habelə elmi elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə ölkə başçısının 26 noyabr 2022-ci il tarixli Fərmanı ilə "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanında dəyişiklik edilmişdir.

Fərmanla kimi dəyişikliklər edilmişdir bu dəyişikliklər müdafiə, elmi adların verilməsi prosesinə hansı yenilikləri gətirəcəkdir?

Elmi dərəcə elmi adların verilməsi qayda şərtlərini tənzimləyən normativ-hüquqi aktlara bir sıra mühüm dəyişikliklər edilmişdir. Həmin yeniliklərdən müdafiədə iştirak etməli olan elmlər doktorlarına münasibətdə müəyyən edilmiş say<