El-obanın sevimlisi
Digər xəbərlər

El-obanın sevimlisi

Qadın gülərsə şu ıssız mühitimiz

                                                                          güləcək,

Sürüklənən bəşəriyyət qadınla

                                                                       yüksələcək!

Hüseyn Cavid.

Ulu Öndər Heydər Əliyevin böyük önəm verdiyi məsələlərdən biri gender siyasəti idi. Məhz həmin siyasətin nəticəsi olaraq, bu gün respublikamızın nazirlik, komitə, idarə, müəssisə təşkilatlarında xeyli sayda qadın çalışır. Tutduqları vəzifədən asılı olmayaraq, onlar öz vəzifə borclarına məsuliyyətlə yanaşır, ümumi işimizə çox böyük kömək göstərirlər.

Ölkəmizin dilbər guşələrindən sayılan Qəbələ rayonunun ictimai, mədəni sosial həyatında da fəal mövqe tutan qadınlarımız çoxdur. Bu yazıda sizə, onlardan biri - Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri, ömrünün böyük bir hissəsini rayonun təhsil, ictimai mədəni həyatına həsr etmiş Sədaqət Bayramova haqqında söhbət açacağıq. Gəlin, qısaca da olsa, onun keçdiyi ömür yoluna nəzər salaq.

Sədaqət Bayramova 1954- il dekabrın 5- Qəbələ şəhərində həkim ailəsində anadan olub. Orta təhsilini Qəbələ şəhər 1 saylı orta məktəbində başa vurub, indiki Bakı Slavyan Universitetinə daxil olub.   1975-ci ildə universiteti  bitirdikdən sonra Qəbələ şəhər 1 saylı orta məktəbində rus dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Həmişə məktəbin şərəfini, müəllim adının ləyaqətini gözləyən, şagirdlərinin uğurlarına sevinən pedaqoq olub.

O, ixtisasca rus dili ədəbiyyatı müəllimi olsa da, ömür boyu ana dilimizə ürəyində dünya boyda məhəbbət gəzdirib. Bu məhəbbət onu yaşadıb, ucalardan-uca edib. Onun istər orta məktəbdə, istərsə rayon tədbirlərində xitabət kürsüsündən söylədiyi məruzələr həmişə maraqla, alqışlarla qarşılanıb.

Savadlı müəllim, pedaqoq, bacarıqlı təşkilatçı olmaqla yanaşı, həm gözəl tərcüməçidir. Sədaqət Bayramovanın Azərbaycan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələr səlis səslənir.

1976- ildə 22 yaşlı gənc müəllim Sədaqət Bayramova bacarıqlı təşkilatçı, obyektiv, mənəviyyatca təmiz bir kadr kimi Qəbələ Rayon Komsomol Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edilir. O, buna razılıq verir. 1977-ci ildə onu rayon komsomol komitəsinin ikinci katibi, 1979-cu ildə isə birinci katibi vəzifəsinə irəli çəkilir.

Sədaqət Bayramova 1984- ildə Qəbələ Rayon Partiya Komitəsinə bölmə müdiri, 1987-ci ildə ideoloji şöbənin müdiri, bir il sonra isə II katibi vəzifəsinə təyin olunur. 1991-ci ildə o, Qəbələ Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru təyin edilir. 2001-ci ilədək o, bu vəzifədə çalışır. 2001-ci ildən isə o, 2 il ərzində respublikanın Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib.

Sədaqət xanım 2009-cu ildən Azərbaycan  Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri vəzifəsində çalışır. Bu gün Qəbələ rayonundakı şəhid ailələrinə, qazilərə, tənha qocalara, habelə Daun sindromlu uşaqlara yardım göstərilməsində, onlara mənəvi dayaq olmaqda rayonun bir sıra idarə, müəssisə təşkilatları sırasında Sədaqət Bayramovanın rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin xüsusi yeri var.

Şəxsiyyət kimi çox yüksək mədəniyyətə, təmiz əqidəyə, zəngin mənəviyyata malik bir insandır. Sədaqət xanım işlədiyi illər ərzində o, haqqın, ədalətin tərəfində dayanmış, vətəndaşlara hörmətlə yanaşmış, vəzifə borcunu həmişə ləyaqətlə yerinə yetirmişdir.

Sədaqət xanımın rayonun orta məktəb şagirdləri ilə tez-tez görüşləri keçirilir. O, bu görüşlərdə gənclərimizin ideya baxımdan mətin, yetkin, əsl azərbaycançılıq məfkurəsində, vətənpərvərlik ruhunda formalaşması üçün maraqlı söhbətlər aparır. Bu gün o, məktəblərimizdə, rayon tədbirlərində, mərasimlərdə yolu ən çox gözlənilən, sözünə, söhbətinə, tövsiyələrinə ehtiyac duyulan xanımlarımızdandır.

Sədaqət Bayramova uzun illər YAP Qəbələ rayon