Narahat ruhların elegiyası
Digər xəbərlər

Narahat ruhların elegiyası

İşğaldan azad olunmuş ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar bir daha onu göstərir ki, Birinci Qarabağ müharibəsində havadarlarının köməyi ilə hərbi üstünlük əldə edən Ermənistan torpaqlarımızı işğal edən zaman əsir düşən hərbçiləri dinc insanları görünməmiş vəhşiliklə, ağır işgəncə ilə qətlə yetiriblər.

Əsirlikdən azad edilən soydaşlarımızın ifadələrinə görə, ermənilər çox böyük qəddarlıqla yaralı azərbaycanlı əsir girovları da diri-diri torpağa basdırıblar. Şahidlərin sözlərinə görə günlərlə həmin yerdən iniltilər eşidilib. Aşkar edilən kütləvi məzarlıqlar bir daha onu göstərir ki, ermənilər insani dəyərlərdən çox uzaqdırlar, onların mahiyyətində daşnak ideyaları faşizm çox dərin kök salıb, türkə qarşı düşmənçilik ermənilərin xəstə təfəkküründən, idbar xislətindən xəbər verir. Bir sözlə, ermənilərin azərbaycanlılara qarşı törətdikləri deportasiya soyqırımı yaraları iki yüz ildən çoxdur ki, qaysaq bağlamır, itkin düşən doğmalarını axtaran insanların kədəri faciəsi təhlükəli, hiyləgər düşmənin qaniçən obrazını aydın şəkildə ifşa edir, erməniliyin necə təhlükəli olduğu haqqında həqiqətləri bildirir.

Birinci Qarabağ müharibəsində ermənilər əsir götürdükləri hərbçiləri mülki azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək Kəlbəcər rayonunun Ballıqaya kəndi, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Fərrux dağı Füzuli ərazisində qeyri-insani şəkildə basdırıb, həmin ərazilərin ətrafını isə minalayıblar. Şahid ifadələri digər məlumatlar əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsir girovlar ətraf ərazilərdən Xocavənd rayonunun Edilli kəndinə gətirilərək burada yerləşən bölüşdürücü məntəqədən Qarabağın digər rayonlarına Ermənistana göndəriliblər. Ermənilər hərbi əsirləri mülki insanları ən ağır işlərə, evləri sökməyə, qəbiristanlıqları dağıtmağa məcbur ediblər, xəstə yaralıları isə güllələyiblər. 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi qələbə bütün parametrləri ilə yanaşı, Ermənistanın törətdiyi hərbi cinayətlərin üstünü açdı. Mütəxəssislər bildirir ki, aşkar edilən məzarlıqlarda skeletlərin əksəriyyətinin kəllə sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlı hərbçi mülki şəxsin taleyi barədə hələ məlumat yoxdur. Ağır məğlubiyyətdən sonra müvazinətini itirən rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri 1990-1993- illərdə törətdikləri hərbi cinayətləri sübut edən kütləvi məzarlıqların yerini bildirməkdən yayınır. Ermənistanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyi barədə hər hansı məlumat verməməsi uzun illərdir həmin şəxslərin ailə üzvlərinin dərin iztirab çəkməsinə səbəb olub, narahat ruhlar dinclik tapmayıb. İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq meyit qalıqları tapılıb. Ermənistan öz cinayətkar əməllərinin ortaya çıxmasının qarşısını almaq məqsədilə itkin düşmüş hesab edilən insanların taleyi ilə bağlı məlumat verməkdən israrlı şəkildə boyun qaçırır. Bu, səbəbsiz deyil, çünki kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bunlar düşmən ölkənin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsaslı dəlillərdir. Təcavüzkar ölkə gec-tez bu cinayətkar əməllərinə görə cavab verməlidir.

Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, belə məzarlıqların üzə çıxması etnik nifrət hissinə köklənmiş Ermənistan silahlı qüvvələrinin davamlı olaraq beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq azərbaycanlı mülki şəxslərə, hərbi qulluqçulara, xüsusilə yaralılara həlak olmuş şəxslərə qarşı işgəncə insanlıq əleyhinə əməllərlə müşahidə olunan müharibə cinayətlərini açıq şəkildə ifşa edir, onların qeyri-humanist davranışını, genosid siyasəti həyata keçirdiyini nümayiş etdirir. Birinci İkinci Qarabağ müharibələri zamanı erməni hərbi qulluqçular tərəfindən azərbaycanlı hərbi əsirlərin yaxın