Ədəbiyaşar və əbədiyaşar yazıçı
Sosial həyat

Ədəbiyaşar və əbədiyaşar yazıçı

Düşünmək insan xarakterinə xasdır. Düşünüb dərk etmək isə fərdlərə görə dəyişir. Burada insanın dünyagörüşü, intellektual səviyyəsi, cəmiyyətə baxışı rol oynayır. İstedadlı insanların düşüncə tərzi isə bir qədər daha fərqlidir. Xüsusən şair, yazıçı alimlərin düşünüb dərketmə trayektoriyası daha geniş, dərin böyük miqyasda olur.

Xalq yazıçısı İsa Muğannanın düşüncələri idrakı fərqliliyi ilə hər zaman diqqət çəkmişdir. İsa Muğanna adilikdən aliliyə, xəlqilikdən bəşəriliyə, elmilikdən fəlsəfiliyə doğru düşünüb dərk etmiş, düşündüklərini ərsəyə gətirdiyi əsərlər vasitəsi ilə oxucularla bölüşmüşdür. Yaradıcılığa hekayə ilə başlayan nasir zaman-zaman povest romanlar qələmə almışdır. Ədib əsərlərində xalqın həyatını təsvir etmiş, müəyyən bir dönəmdən sonra ("Məhşər" romanından başlayaraq) bəşəri ideyaları bədii təxəyyülü ilə vəhdətdə yazdığı ədəbi nümunələrdə əks etdirmişdir. Bəşəri ideyalar fonunda yazıçının elmi fəlsəfi düşüncələri meydana çıxmağa başladı. Ustad sənətkar "Saz", "Tütək səsi", "Quru budaq", "Kollu Koxa", "Şəppəli", "Faciə", "Dan ulduzu" "Sürgün" povestlərində bir ölkənin daxilində olanları bədii sözün ecazı ilə ədəbiyyat nümunəsinə çevirirdisə, "Məhşər", "İdeal", "Qəbiristan", "Cəhənnəm" "GurÜn" romanlarında dünyəvi məsələlərə toxunaraq, mütəfəkkir yazıçı düşüncəsini ortaya qoyurdu. Ədibin bədii nəsrində müharibə dövrünün təsviri geniş yer almışdır. Yazıçının uşaqlıq yeniyetməlik dövrü müharibə illərinə təsadüf etdiyindən, nasir əsasən görüb, eşidib yaşadıqlarını bədii təxəyyülü ilə vəhdətdə ədəbi nümunəyə çevirmişdir. İsa Muğanna "Saz" povestində müharibə illərinin yaratdığı ağrı-acıları detalları ilə əks etdirmişdir. Ədib əsərdə göstərir ki, dəmirçiliklə məşğul olan İsfəndiyar kişi oğlanları müharibəyə gedənə qədər nəvələri ilə birgə xoş gün keçirərdi. Oğlanları Rəhman Bəhmən müharibəyə getdikdən sonra İsfəndiyar kişinin gözləri yolda, qulağı səsdə oğlanlarından xəbər gözləyərdi. Povestdə əsasən yarımçıq qalan ailələrin maddi mənəvi problemləri önə çəkilmişdir.

"Tütək səsi" povestində müəllif müharibənin gətirdiyi çətinliklərdən bəhs etmiş, kolxoz sədri Cəbrayılın hərəkətlərinin pisləndiyini göstərməklə dövrün mənzərəsini canlandırmışdır. Cümrü Tapdığın obrazları fonunda ədib psixologizimlər ərsəyə gətirmişdir. İ.Muğanna ilk qələm təcrübəsindən başlayıb, sonrakı əsərlərində avtobioqrafizmlər yaratmışdır. Müəllif yazdığı əsərlərdə mühitinin dövrünün əksini avtobioqrafik obrazlar hüdudunda daha aydın, canlı, realistcəsinə təqdim etmişdir. Avtobioqrafik obraz yaratmaq ənənəsi İsa Muğanna yaradıcılığının ana xətti hesab olunur. Nasir "Tütək səsi" povestində Nuru obrazını yaratmaqla öz taleyindən müəyyən məqamları əsərdə əks etdirmişdir. "Quru budaq" əsərində canlandırdığı məktəb direktoru Nuru obrazında isə atası Mustafa Hüseynovun portretindən müəyyən cizgiləri vermişdir. Yazıçı "İdeal" sonrakı əsərlərində avtobioqrafik surətlərdən yararlanmışdır. "İdeal"da Səməd Əmirli, "Qəbiristan" romanında polis kapitanı Səmi, "Cəhənnəm" əsərində Səməd obrazında müəllif avtobioqrafiyasının təzahürünü görmək olur. Yaradılan bu obrazlar bütövlükdə İsa Muğannanın tale daşıyıcısı deyil. Bu obrazlarda müəllif taleyindən xarakterindən irəli gələn müəyyən cizgiləri əks etdirmişdir. İ.Muğanna mütəfəkkir yazıçı olaraq ədəbiyyat tarixində müqtədir yerlərdən birini tutmaqda, eyni zamanda əsərlərində öz avtobioqrafik portretini yaratmaqla ədəbiyyat səhifələrində bədii obraz kimi yer almaqdadır. Yazıçı hər iki mənada (ədəbi şəxsiyyət bədii obraz) ədəbiyaşarlıq missiyasını qazanmışdır. İsa Muğannanın ədəbi şəxsiyyət olması fikri hələ 60- illərdə gündəmə gələn bir məsələ idi. Ədəbiyyatda altmışıncılar nəsli adlanan bir neçə yazıçı İsa Muğannanı özlərinə ustad olaraq qəbul etmişdilər. Yazıçı o dönəmdə gənc olsa da, onun qələminin təsir gücü geniş arenaya səs sala bilmişdir. Yazıçı Mehdi Hüseyn İ.Muğannanı etiraf olunmayan dahi adlandırmışdır. Yazıçını dahiləşdirən mühüm cəhətlərdən biri o idi ki, nasir