Əbədiyaşar ideyalar yolumuza işıq saçır
Siyasət

Əbədiyaşar ideyalar yolumuza işıq saçır

Xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük coşqu, əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd etməyə hazırlaşır. Yubiley bayramı ərəfəsində Azərbaycan xalqı öz xilaskarını ehtiramla yad edir. Təkcə hər hansı bayram tədbirlərində deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək dahi liderin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət sənət xadimləri, təsərrüfat adamları, ziyalılar ulu öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. Ümummilli liderin  əbədiyaşar ideyaları o vaxtdan yolumuza işıq saçır. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında belə o qədər tanınmırdı. Halbuki respublikamız hər zaman ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilsə adı ucqar milli əyalətlərdən biri kimi qeyd edilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində ulu öndərin təşəbbüsü ilə respublikanın hər yerində mühüm sənaye müəssisələri inşa edilib, təsərrüfat, elm təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.

Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin mürəkkəb illərə təsadüf edir. Belə ki, 1990- illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti fədakarlığı sayəsində insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.

17 noyabr 1990- ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdirlər.

Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzusunu ifadə edərək 1993- ildə Bakıya gəldi onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi gəldi .

İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi onun ətrafında həmrəylik nümayiş