Əbədiləşən qəhrəman ömrü
Sosial həyat

Əbədiləşən qəhrəman ömrü

Rasim Fəttah oğlu Mirzəyev  İkinci Qarabağ müharibəsində hünəri ilə tarix yazan  Azərbaycanın  minlərlə qəhrəman oğullarındandır. Ömür  yolu  22 il çəkdi.   Torpaq uğrunda can qoyub şəhidlik zirvəsinə ucalmaqla  bütöv bir  xalqın qəhrəmanlıq simvoluna çevrilib.

Bu Vətən sevdalısı   Lənkəran rayonunun Gəgiran kəndində boya-başa  çatıb.   Rasim Mirzəyev orta məktəbi başa vuranda onu ən çox narahat edən Qarabağın işğalı olur. Lənkəran elinin  vicdanlı, qeyrətli oğlu  1998-ci ildə ordu sıralarına  yağıdan qisas almaq  amalı ilə yola düşür. Xidmət etdiyi hərbi hissədə nümunəvi əsgər olmaqla doğma Azərbaycana layiqli övlad olduğunu göstərir. Məqamı gələndə mübarizə meydanında erməni dığaların ilan başını əzməkdən ötrü  hərbi təlimlərdə fəal iştirak edir, bütün sınaqlarında uğur qazanır. 2019-cu ildə hərbi xidmətdən  tərxis olunan Rasim mülki fəaliyyətə başlayır. Xeyirxah, nəcib əməlləri ona hörmət gətirir.  Həmkəndlisi  Şəlalə adlı xanımla ailə həyatı qurur. Halal ailə ocağında Asiman adında oğlu dünyaya gəlir.

Vətən müharibəsi başlayan gündən döyüş meydanına yollanır. İlk sarsıdıcı zərbəni düşmənə Füzulidə endirir. Daha sonra  çiyin-çiyinə vuruşduğu  əsgərlərlə  Cəbrayıl və Qubadlının azad olunması uğrunda uğurlu hücum əməliyyatında fərqlənir.  İgid əsgər 25 gün müharibə meydanında  erməni dığalarına sözün əsl mənasında qan uddurur.    Oktyabrın 19-da Qubadlı istiqamətində adsız yüksəklikdə  gedən qeyri-bərabər döyüşdə də mərdliklə vuruşur. Çoxlu sayda erməni dığasını məhv  edir. Təəssüf ki, özü də gülləyə tuş gəlir. Canından artıq sevdiyi Vətən eşqi ilə döyünən ürəyi əbədi dayanır.

Şəhidin atası Fəttah kişi deyir:- Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçada 19 oktyabra qeydlər vardır. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub. Oğlumun şəhidliyi   doğma Azərbaycana  sevgidən yarandı.  İndi təkcə mən yox, bütün xalq oğlumla fəxr edir... Vətən sağ olsun! Şəhidin anası Zəkiyyə xanım: “Rasim yaxşı, Vətəninə, xalqına  bağlı oğul idi.  Oğlum Vətən üçün dünyaya gəlmişdi,  onun uğrunda  canından keçməklə müqəddəsliyə qovuşdu, əbədi olaraq  tarixə çevrildi”,-  deyir.

 Şəlalə xanım da həyat  yoldaşı Rasimdən iftixarla  danışır.  Bildirir ki,  Rasim həmişə deyirdi, Vətən torpaqlarının  düşməni ayağı altında qalmasına dözə bilmirəm. . Bu da yalnız qeyrətli   oğlanların işidir. Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi və şəhid oldu. Yeri cənnət olsun.

Rasim Mirzəyev  Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Cəsur döyüşçü”,  “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azad olunmasına  görə” medallarına layiq görülüb. Bəli, torpağı qanı ilə Vətən edən igidlər daim qəlblərdə yaşayacaq, adları Vətənlə bir çəkiləcək.

Zəfər ORUCOĞLU.