Əbədiləşən ömür
Sosial həyat

Əbədiləşən ömür

Türkiyə, İstanbul

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda 2006- il iyulun 12- Heydər Əliyevin heykəli ucaldılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev İstanbul şəhərinin Sarıyer rayonundakı Heydər Əliyev parkında xalqımızın ümummilli liderinin abidəsinin açılışında iştirak etmişdir.

 

Rusiya, Həştərxan

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il oktyabrın 27- Həştərxana səfəri çərçivəsində Volqa çayının sahilində Heydər Əliyevin abidəsinin açılışı olub. Abidənin qoyulması Heydər Əliyevin Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq iqtisadi əlaqələrin inkişafına verdiyi mühüm töhfədir. Abidənin təntənəli açılışında Azərbaycan Prezidenti ilə birlikdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin iştirak edib.

 

Serbiya, Belqrad

Belqradda yenidən qurulan Taşmaydan parkında 2011-ci il iyunun 8- Heydər Əliyev abidəsi Serbiyanın prezidenti Boris Tadiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır. Abidənin ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasına həm serb xalqının bu dahi şəxsiyyətin xatirəsinə olan ehtiramından xəbər verir.

 

Ukrayna, Kiyev

Ukraynanın Kiyev şəhərində 2013- il aprelin 25- Ulu Öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində Heydər Əliyevin şərəfinə salınmış parkın açılışı olmuş giriş hissəsində Heydər Əliyevin heykəli ucaldılmışdır. Parkın inşaat kompozisiyası Azərbaycanın tarixini mədəniyyətini əks etdirən elementlərdən yüksək peşəkarlıqla istifadə olunmaqla, Azərbaycanın qədim rəmzləri olan Bakının Qala divarları, Şirvanşahlar dövlətinin gerbi, "Şeyx Səfi" xalısının maketləri əsasında qurulub.