Dünyanın bir sıra ölkələrinin aparıcı KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün Salyan rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə geniş yer verib.
AZƏRTAC xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə xüsusilə dövlətimizin başçısının Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi, Qarabağda yaşayan ermənilərlə bağlı fikirləri, eləcə də İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə əlaqədar Ermənistan hakimiyyətinə xəbərdarlığı barədə fikirləri xüsusilə diqqət mərkəzində olub.
Rusiyanın "Kommersant" qəzeti Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin ya Azərbaycan vətəndaşlığını qəbul etmələri, ya da özləri üçün başqa yaşayış yeri tapmaları kimi seçim təklif etməsini, Azərbaycan dövlətinin tezliklə sülh müqaviləsi imzalamağa, qarşıdurmaya son qoyulmasına hazır olması barədə fikirlərini oxucuların diqqətinə çatdırıb.
"Veçernyaya Moskva" nəşri dövlətimizin başçısının "Qarabağ bizim daxili işimizdir" fikrinə xüsusilə önə çəkərək, Azərbaycan tərəfinin Qarabağ ermənilərinə demokratik əsaslarla seçim təklif etdiyini vurğulayıb.
"Regnum" agentliyi "Azərbaycan Prezidenti Qarabağ ermənilərindən seçim etməyi tələb edib" sərlövhəli xəbərdə dövlətimizin başçısının Azərbaycanın daxili işlərini heç kimlə müzakirə etməyəcəyinə dair bəyanatına xüsusi yer verib.
"News.ru" Agentliyində yayımlanan xəbərdə Prezident İlham Əliyevin müsahibəsindən Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi rəsmən tanıdığı barədə fikri yer alıb. Nəşr xatırladır ki, Azərbaycan Prezidenti ölkənin bütün vətəndaşlarına azadlıq və problemlərin demokratik proseslər əsasında həll olunacağını vəd edir.
"Life.ru", "Vedomosti" nəşrləri Prezident İlham Əliyevin danışıqların və sülh müqaviləsinin imzalanmasının ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və digər prinsiplər əsasında mümkün olması barədə sözlərini diqqətə çatdırıb.
"Qazeta.ru" nəşri, "RBK" agentliyində yayımlanan məqalələrdə qeyd olunub ki, Azərbaycan dövlətinin başçısı bu gün Qarabağda Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb və Ermənistan hakimiyyətini Qarabağı rəsmən Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını tələb edib.
"Novıye izvestiya" qəzetində, TASS və "Mossovet" informasiya agentliklərində, "Arqumentı i Faktı" nəşrində yayımlanan xəbərlərdə vurğulanıb ki, Prezident İlham Əliyev müsahibəsində Praqa və Soçi görüşlərində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etdiyini, iki ölkə arasında sərhədlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunacağını bildirib, Ermənistanı "Qarabağ Azərbaycandır və nida" sözlərini təkrar etməyə çağırıb.
Türkiyənin Anadolu agentliyinin, "TRT Haber", "TRT Avaz", "AHaber" televiziyalarının, "Türkiye", "Takvim", "Yeni Şafak", "Daily Sabah", "Sözcü" və digər KİV-lərinin yaydığı xəbərlərdə dövlətimizin başçısının Qarabağda yaşayan ermənilərə xəbərdarlıq etməsi barədə fikirləri xüsusilə qabardılıb. Məqalələrdə dövlətimizin başçısının İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasının sıradan hadisə olmaması, bu təxribatın arxasında Ermənistan dövlətinin dayanması barədə fikirləri önə çəkilib: "Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir".
Məqalələrdə Prezident İlham Əliyevin bu barədə Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq etdiyi qeyd olunub və dövlətimizin başçısının "Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər" fikirləri də diqqəti çatdırılıb.
Avropanın bir sıra ölkələrinin KİV-ləri də Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi fikirləri geniş işıqlandırıb. İspan dilində yayımlanan "Europapress", "La Nacion", "Cope", "Diariosigloxxi", "Grupolaprovincia", "Teleprensa", "Notimerica", Macarıstanın "Demokrata.hu", "Hirado", "Portfolio" saytları, həmçinin Bolqarıstanın "Focus-news", "Actualno", Moldovanın "Timpul" kimi