Dünyanın aparıcı xarici KİV-lərində Ermənistan paytaxtında Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb
Digər xəbərlər

Dünyanın aparıcı xarici KİV-lərində Ermənistan paytaxtında Azərbaycan Bayrağının yandırılması ilə bağlı məqalələr yayımlanıb

Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılması dünyanın bir sıra aparıcı KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, xarici mətbuatda yer alan xəbərlərdə bu çirkin hadisə idman dəyərlərinin bütövlüyünə ədalətli oyunun universal prinsiplərinə hücum kimi dəyərləndirilib.

"Reuters" agentliyinin yaydığı "Azərbaycan Ermənistanda keçirilən ağır atletika çempionatında bayrağın "barbarcasına" yandırılmasına etiraz edib" sərlövhəli məqalədə bildirilib ki, Azərbaycan şənbə günü qonşu Ermənistanda ağır atletika çempionatının açılış mərasimi zamanı Dövlət Bayrağının yandırılmasına kəskin etirazını bildirib. Azərbaycan idmançılarının çempionatda iştirakının qeyri-mümkün olduğunu onların artıq Gürcüstandan keçməklə Vətənə qayıtmaq üçün Ermənistanı tərk etdiklərini bəyan edib.

Video foto görüntülərinin təqdim olunduğu xəbərdə Azərbaycanın Gənclər İdman Nazirliyinin Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanat yaydıqları qeyd edilib. Diqqətə çatdırılıb ki, bəyanatda bu hadisə "barbar hərəkət", etnik nifrət irqçiliyin sübutu kimi sərt şəkildə qınanıb.

Məqalədə iki ölkə arasında uzun illərdən bəri düşmənçilik münasibətlərinin davam etdiyi vurğulanıb, son bir həftə ərzində baş verən toqquşmalarda 7 nəfərin həlak olduğu qeyd edilib.

Böyük Britaniyanın "Inside The Games" idman nəşrində yayımlanan xəbərdə isə bildirilib ki, Azərbaycan açılış mərasimində Dövlət Bayrağının yandırıldığı "barbarcasına" insidentdən sonra ağır atletika komandasının Avropa çempionatını tərk etməsini qərara alıb. Məqalədə bu barədə bildirilib: "Ermənistanın paytaxtında komandaların paradı zamanı şounun modelyeri bayrağı gənc qadının əlindən alıb əvvəlcədən planlaşdırdığı sosial şəbəkədə paylaşdığı hərəkətlə yandırıb. Televiziya şirkətində işləyən Aram Nikolyan polis tərəfindən saxlanılsa da, sonradan heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. O, ifadəsində "Mənim yeganə arzum Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan Bayrağının dalğalanmamasını təmin etmək idi. Mənim bunu etməməli olduğumu düşünənlər varsa, evlərində Azərbaycan Bayrağını assınlar" deyib.

Yazıda bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyasının dünya çempionatına da ev sahibliyi etmək istəyən beş ölkədən biri olan Ermənistanda baş verən bu hadisə Avropa Ağır Atletika Federasiyası (EWF) tərəfindən sərt şəkildə qınanıb. EWF yaydığı açıqlamada Aram Nikolyanın bayrağı yandırmasını idman dəyərlərinin bütövlüyünə ədalətli oyunun universal prinsiplərinə hücum kimi qiymətləndirərək bu hadisəni qətiyyətlə pisləyib. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə qəti mövqeyini bildirib bu yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib.

Xəbərdə vurğulanıb ki, EWF-in açıqlamasında qeyd olunub: "Azərbaycan nümayəndə heyətinin çempionatı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda, bu qərara hörmətlə yanaşırıq. Biz nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik".

"Inside The Games" nəşrinin yaydığı məqalədə bildirilib ki, Beynəlxalq Ağır Atletika Federasiyası da bu hadisə ilə əlaqədar Avropa Ağır Atletika Federasiyasının mövqeyini dəstəkləyən bəyanat yayıb. Həmin bəyanatda bildirilib: "IWF İrəvanda EWF-in himayəsi altında keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması ilə bağlı insidenti qətiyyətlə pisləyir bundan təəssüflənir. Milli rəmzlərə hörmət idmanın əsas dəyəridir bu prinsipə əməl olunmaması sərt qınaq obyektidir. İdmanı xalqlar arasında birliyin əsas elementi hesab edən IWF bu cür insidentin baş verməsinə heç vaxt dözməyəcək. IWF buna görə EWF-in bu insidentlə bağlı müvafiq reaksiyasını tamamilə dəstəkləyir təbii olaraq bütün dünyada ağır atletika yarışlarında idmançılara nümayəndə heyətlərinə hörmət, ləyaqət ədalətli oyunla yanaşılmasını gözləyir".

Yazıda, həmçinin