Dünya xalqlarının tarixi qələbəsində Azərbaycanın da öz payı var
Digər xəbərlər

Dünya xalqlarının tarixi qələbəsində Azərbaycanın da öz payı var

Ekranda kadr dəyişir. Dünyaya sahiblik etmək istəyən Hitlerə üzərində almanca "Xəzər dənizi" sözləri yazılmış (özü qara şokoladla fərqləndirilən) tort gətirilir. O, alman svastikasını düz "Bakı" yazısının üzərinə qoyur çox xoşbəxt görünür...

İkinci Dünya müharibəsinin qızğın çağları idi, Hitler dünyanın bir çox ölkələrini məğlub edib, SSRİ üzərinə hücum etmişdi. Müharibənin ilk illərində xeyli irəliləyən Hitler özünün "Barbarosso" , "İldırım sürətli" müharibə planını artıq reallaşdırmaqda idi. Bax, həmin kadrlar da məhz o vaxtlarda çəkilmişdi...

2020-ci ilin mayında Rusiyanın nüfuzlu jurnallarından biri "Nasionalnaya oborona"ya müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söylədiyi bu fikirlərin ardınca İkinci Dünya müharibəsində azərbaycanlıların fədakarlığından danışarkən demişdir ki, faşizm üzərində ümumi qələbədə Azərbaycanın böyük payı var. Müharibədə 600 min azərbaycanlı iştirak etmiş, onlardan 300 mini həlak olmuş, 120-dən çoxu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 min nəfər müxtəlif orden medallarla təltif edilmişdir. Dövlət başçısı, həmçinin deyib ki, Azərbaycan cəbhəyə lazım olan neftin 70, yanacağın 80, sürtkü yağlarının 90 faizini göndərirdi. Təbii ki, bunlarsız qələbə qazanmaq qeyri-mümkün idi. Bu mənada, faşist Almaniyasının Bakını ələ keçirmək istəyi çox təbii idi. Yeri gəlmişkən deyək ki, bu barədə mən 2019-cu ilin oktyabrında Aşqabadda keçirilən MDB-nin sammitində söyləmişəm...

Faşizm üzərində qələbədən 78 il keçir. 78 ildir ki, bu gün qeyd edilir. Bu qələbə elə asan başa gəlməmişdi. 1995-ci ildə ümummilli lider Heydər Əliyev Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: "Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar səyi nəticəsində istehsal olunurdu. Şübhəsiz ki, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycanın nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...".

Müharibənin ilk dövründə qüvvələr nisbəti düşmənin xeyrinə idi. Düşmənin qəfil hücumu nəticəsində sovet ordusunun çoxlu sayda canlı qüvvəsi əsir alınmış, xeyli hərbi texnikası sıradan çıxarılmışdı. Faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı altında bütün sovet xalqları birləşdi. Bununla da düşmənin hücumları nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk başqa döyüşlərdə ən ağır sarsıdıcı məğlubiyyətə uğradılar. 1945-ci ildə isə kapitulyasiya imzaladılar.

78 il əvvəl digər xalqların nümayəndələri kimi, azərbaycanlılar da dünyanı faşizmdən xilas etmək üçün fədakarlıqlar göstərdilər. Bu fədakarlıq, qəhrəmanlıq isə heç vaxt unudulmayacaq. Azərbaycan xalqı ön arxa cəbhələrdə əsl qəhrəmanlıq nümunəsi göstərdi, dünyanı faşizmin cəngindən qurtarmaq üçün "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ətrafında digər xalqlarla birləşdi. Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə yüksək peşəkarlıq nümunələri göstərmiş, 1941-1945-ci illərdə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları faşistlərin müxtəlif kəşfiyyat məktəblərini bitirmiş 200-dən artıq kəşfiyyatçı casusunu aşkara çıxarmış həbs etmişdi. O dövrdə hətta Bakıda da 28 təxribatçı casus tutulmuşdu.

İkinci Dünya müharibəsində 20 milyondan çox insanın həyatına son qoyuldu, minlərlə şəhər, kənd, qəsəbə dağıdıldı. Ailələr başsız qaldı, ancaq bu