Formula 1 dünyanın ən populyar avto idman növlərindən biridir və hər il dünyanın bir çox ölkəsində keçirilir. Yarışlar dünyada milyonlarla insan tərəfindən izlənilir. Formula 1-in digər müsbət tərəfi də keçirildiyi ölkələrin adlarının bütün dünyada tanınmasıdır.
Bəs Formula 1 nədir və ilk dəfə nə zaman keçirilib?
Formula 1 yüksək performanslı motorlu nəqliyyat vasitələri ilə yarış növüdür. Bu avtomobillər aerodinamik dizaynı, yüksək sürəti və xüsusi təkərləri ilə digərlərindən fərqlənir. Formula 1 yarışları bir çox müxtəlif ölkələrdə keçirilir və yarışlarda iştirak edən komandalar və sürücülər bütün dünyada tanınır. Formula 1-in 1950-ci ildə əsası qoyulub və Beynəlxalq Avtomobil Federasiyası (FIA-Federation Internationale de l'Automobile) tərəfindən tənzimlənən yarış seriyasıdır. Yarışlar il boyunca müxtəlif şəhərlərdə keçirilir, bununla yanaşı, hər mərhələ Qran Pri adlanır.
İlk Dünya Çempionatı 1950-ci ildə İngiltərədə keçirilən Silverstoun Qran Prisi ilə başladı. O vaxtdan bəri Formula 1 yarışları dünyanın bir çox ölkəsində keçirilməyə davam edir. Ölkəmizdə isə yarış ilk dəfə 2016-cı ildə keçirilib. İyunun 19-da baş tutan yarışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə və final yarışına baxıblar. Açılış mərasimi başa çatdıqdan sonra ölkə başçımız və Birinci vitse-prezident Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış olmuşdurlar.
Formula 1 yarışları dünyanın bir çox idman kanalları tərəfindən canlı yayımlanır. Həmçinin Formula 1-in öz rəsmi saytından canlı izləmək də mümkündür. Bu portaldan yarışlar zamanı komandalar və sürücülər, yarış strategiyaları, pit-stoplar və yarış nəticələri haqqında ətraflı məlumat əldə etmək olar. Yarış müddətində sürücülərə mühüm mesajları çatdırmaq üçün bayraqlardan da istifadə olunur. "Yavaşla, ötüb keçmə" mənasına gələn bayraq sarı, "Trek açıqdır" isə yaşıl bayraq ilə bildirilir. "Yarış dayandırılır" - qırmızı, "Daha sürətli maşın ötüb keçmək istəyir" - göy, "Yarış bitib" - ağ-qara ahəngli bayraq, "Yerinə qayıt/ diskvalifikasiya" isə qara bayraq və maşının nömrəsi ilə bildirilir.
Yarışın simvolu olan loqosu da xüsusi mənaya malikdir. 2018-ci ildə yenilənən loqonun mənası finiş xəttini keçmək üçün yarışan iki avtomobil kimi təsvir edilib.
Formula 1 yarışlarında çoxlu komandalar və sürücülər iştirak edir. Komandalar yarış avtomobillərini dizayn, istehsal və istifadə edirlər. Komandalar yarışlarda iştirak etmək üçün FIA tərəfindən verilmiş lisenziyaya malik olmalıdırlar. Formula 1 komandaları adətən böyük avtomobil istehsalçılarından və ya özəl komandalardan ibarətdir.
Hər komandada adətən iki sürücü olur. Pilotlar mövsüm boyu komandanın yarış avtomobillərini sürür və xal qazanmağa çalışır, həmçinin yarışlarda sürət, bacarıq və strategiyadan istifadə edərək bir-biri ilə yarışırlar. Avtomobillər son dərəcə yüngül, aerodinamik dizayn və yüksək güclü mühərriklərlə təchiz olunur. Buna görə də avtomobillər yarışlarda saniyədə 300 km/saat sürətə çata bilir. Ölkəmizdə də yollar yarışın gedişatının rahat olması üçün buna uyğun dizayn edilib. Bakı Qran Prisində trekin uzunluğu 6 kilometr olduğu üçün pilotlar 20 çətin döngəsi olan trekdə 51 dövrə vurur. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol memar Hermann Tilke tərəfindən dizayn edilib. Bu zaman orta sürət saatda 210, maksimum sürət isə 340 kilometr təkşil edir.
Avtomobillərin kuzovu karbon lifindən və digər yüngül materiallardan hazırlanıb. Bu da avtomobillərin çəkisini azaldır və onların məhsuldarlığını artırır. Avtomobillərin yuxarısında böyük bir qanad hissəsi var. Bu qanadlar avtomobilə ağırlıq verir və onu yerə basıb saxlayaraq yüksək sürətlə belə gedərkən sabitliyi təmin etməsinə kömək olur. Avtomobillərin mühərrikləri V6 turbodur və təxminən 1000 at gücünə malikdir. <