1995-ci il martın 19-da Heydər Əliyevin yanında keçirilən müşavirədə bununla bağlı fikirlər səsləndirilib
Müstəqilliyimizin ilk illəri ziddiyyətli bir dövr olmuşdur. O zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələr ölkəni uçuruma doğru sürükləyirdi. Belə bir vəziyyətdə dövlətçiliyimizin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış son dərəcə gərgin vəziyyət qısa bir zamanda normallaşdırıldı, sağlam qüvvələrin köməyilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısı alındı. Həmin dövrdə ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Bir-birinin ardınca baş verən terror hadisələri də cəmiyyətdə böyük narahatlıq yaradırdı.
1994-cü il martın 19-da "20 Yanvar" metrostansiyasında partlayış baş vermişdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldədüzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdı. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının Xalq artisti Rafiq Babayev də var idi. 1994-cü il iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da "28 May" metrostansiyasından çıxıb "Gənclik" metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış elektrik qatarının ikinci vaqonunda partlayış olur. Partlayışdan sonra qatarda yanğın olur. Terror aktı nəticəsində 13 nəfər həlak oldu və 58 nəfər isə yaralandı. Bu hadisədə günahkar bilinən Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olundu. 1997-ci il noyabrın 29-da o, Azərbaycana ekstradisiya edildi. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. A.Aslanov İrəvan-Mineralniye Vodı-Bakı marşrutu ilə Azərbaycana gələrək 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində keçmiş Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
1995-ci il martın 19-da respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə Azərbaycan Prezidenti giriş və yekun sözü ilə çıxış edərək demişdir ki, martın 17-də çağırılan müşavirədə ayın 16-dan 17-nə keçən gecə respublikamızda dövlət çevrilişi cəhdi və bu cəhdin qarşısının alınması haqqında ətraflı danışıldı. Həmin müşavirədə məsələlər həm iştirakçılar, həm də respublika ictimaiyyəti üçün aşkar oldu. Ayın 18-də bu dövlət çevrilişi cəhdinin qarşısını alan əsas qüvvələr - Müdafiə Nazirliyi və hərbi hissələr, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi İdarə və başqa orqanlar lazımi tədbirlər görmüşlər.
Müşavirədə ulu öndər Heydər Əliyev öz çıxışında deyib: "Bugünkü müşavirədən nə kimi nəticə çıxarılmalıdır? Birincisi, heç kəs hesab etməsin ki, hər şey bitmişdir. Azərbaycanın dövlətçiliyinə qəsd edən qüvvələr təkcə XTPD-nin bazasında olan adamlar deyil, onları istiqamətləndirən, onlara havadarlıq edən, onları maliyyələşdirən, cinayətkar yola sövq edənlər