Mayın 14-də keçirilən Prezident və Parlament seçkiləri bunu bir daha təsdiq etdi
M ayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib.
Seçkilər istənilən dövlət üçün demokratiya yolunda imtahan sayılır. Bu, demokratiya sahəsində əsrlərlə ənənəsi olan Qərb, bu dəyərlər sisteminə yeni qoşulan ölkələr, hətta yüz yaşlı Türkiyə Cümhuriyyəti üçün də belədir. Türkiyə Cümhuriyyəti yaradılmasının 100-cü illiyində demokratiyaya sadiqliklə bağlı daha bir sınaqdan keçdi. Türkiyə regionda və dünyada baş verən çox mürəkkəb hadisələr fonunda 14 mayda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Paşa Atatürkün "Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur" kəlamına sadiqliyini bir daha ortaya qoydu.
Ən yüksək təşkilatçılıq və seçicilərin fəallığı şəraitində keçən Prezident və Parlament seçkiləri Türkiyə dövlətinin demokratiya və insan haqlarının təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə əhalisi sabitliyə, inkişafa səs verdi. Bütün dünyanın diqqətlə izlədiyi bu seçkidə türk xalqı qələbə çaldı. Türkiyədə parlament seçkilərində əhalinin böyük çoxluğu Cümhur İttifaqına etimad göstərdi. Türkiyə xalqı Ərdoğanın siyasətini bir daha dəstəklədi. Seçkilərin 2-ci turunda da Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün möhkəm zəmin yaratdı.
Bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti əhalinin coşqusu və Türkiyə Prezidentinə sevgisi ilə yüksək səviyyədə baş tutmuş Prezident və Parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin inamının göstəricisidir. Bu seçkilər nəticəsində qardaş Türkiyə daha da güclənəcək. Qarşıdan gələn illərdə də Ərdoğan siyasəti Türkiyənin siyasi-iqtisadi və mədəni-sosial yüksəlişini təmin edəcək. Beynəlxalq siyasət meydanında Türkiyənin milli maraqları Ərdoğan hakimiyyəti tərəfindən daha etibarlı şəkildə qorunacaq. Türkiyə dövlətinin dünya miqyasındakı rolu və mövqeyi artmaqda davam edəcək.
Son 21 ildə Türkiyənin istər beynəlxalq münasibətlər sistemində, istər qonşuluq çərçivəsində artan hərbi-siyasi imkanlarını və nəinki regionda, bütövlükdə dünyada güclənən nüfuzunu görməmək mümkün deyil. Bu illər ərzində Ankara keşməkeşli yollardan keçib. Türkiyədə meşə yanğınları, sel daşqınları oldu və bunların öhdəsindən layiqincə gəldi. Əsrin ən böyük zəlzələsi qardaş ölkədə oldu. Türkiyə dövləti bütövlükdə prosesi nəzarətə götürdü. Azərbaycan Türkiyəyə yardım edən ilk dövlət oldu.
Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Dünyada sülhün və sabitliyin bərqərar olması naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb. Qazanılan uğurların təməlində Rəcəb Tayyib Ərdoğanın zəhməti və yorulmaz əməyi, onun müdrik rəhbərliyi ilə aparılan dövlət siyasətinə türk xalqının böyük etimadı və dəstəyi dayanır. Türkiyə Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğan ilə xalqın birliyi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb.
Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını bütün dünya görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. İqtisadi, siyasi və hərbi sahədə ciddi uğurlara imza atan qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda və hətta ətraf bölgələrdə