Dost və tərəfdaş ölkələr
Siyasət

Dost və tərəfdaş ölkələr

18 may 1992-ci ildə Azərbaycanla Moldova arasında diplomatik münasibətlər qurulmuşdur

Vaxtilə SSRİ-nin tərkibində olan Azərbaycan Moldova respublikaları arasında hər zaman dostluq münasibətləri olmuş, müstəqilliklərini əldə etdikdən sonra ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 1992-ci il may ayının 18- Azərbaycan-Moldova diplomatik münasibətləri qurulmuşdur. 1997-ci il noyabrın 26-28- Moldova Prezidenti Petru Luçinskinin Azərbaycana ilk rəsmi səfəri ölkələr arasında əlaqələrin möhkəmlənməsində, ümumiyyətlə, Azərbaycan-Moldova münasibətlərində mühüm mərhələ təşkil etmişdir. 2005-ci il oktyabrın 5- Azərbaycanın Moldovada, həmin ilin noyabrında isə Moldovanın ölkəmizdə səfirliyi açılmışdır.

Hələ ötən əsrin 90- illərinin sonlarında əlaqələrin inkişafı istiqamətində irəliləyişlər əldə olunmuş, Azərbaycan Respublikası Moldova Respublikası arasında dostluq əməkdaşlıq haqqında Müqavilə, Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir əmlak vergilərinin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında Konvensiya, vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı yardım əməkdaşlıq, elmi-texniki əməkdaşlıq, investisiyaların təşviqi qarşılıqlı qorunması .s sənədlər imzalanmışdır. Ölkələr arasında təhsil, mədəniyyət, səhiyyə, valyuta ixrac nəzarəti sahəsində əməkdaşlıq qarşılıqlı yardım haqqında sazişlər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Moldova Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol da imzalanan sənədlər sırasında yer almışdır.

2004- ildə Moldova Prezidenti Vladimir Voronin Azərbaycanda rəsmi səfərdə olmuş, Prezident İlham Əliyevlə təkbətək görüşmüşdür. Görüş zamanı hər iki dövlət başçısı ölkələrinin işğala məruz qaldıqları, buna son qoyulması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd etmişlər. Səfər çərçivəsində qarşılıqlı faydalı münasibətləri tənzimləyən bir sıra sənədlər - Azərbaycan Respublikası Prezidentinin Moldova Respublikası Prezidentinin Birgə Bəyannaməsi, Azərbaycan Respublikası Moldova Respublikası arasında mülki, ailə cinayət işləri üzrə hüquqi yardım hüquqi münasibətlər haqqında Müqavilə, Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında uzunmüddətli iqtisadi əməkdaşlıq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında, əmək əhalinin sosial müdafiəsi sahəsində, Azərbaycan Respublikası Kənd Təsərrüatı Nazirliyi ilə Moldova Respublikası Kənd Təsərrüfatı Yeyinti Nazirliyi arasında iqtisadi elmi-texniki əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Moldova Respublikasının Xarici İşlər Nazirliyi arasında 2005-2006- illər üçün məsləhətləşmələr Planı s. imzalanmışdır.

2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya rəsmi səfəri beynəlxalq regional məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Moldovanın Prezidenti Vladimir Voroninlə təkbətək görüş zamanı dövlət başçıları suveren dövlətlərin ərazinin bütövlüyünə qarşı yönəlmiş təcavüz aktlarının yolverilməzliyini diqqətə çatdırmışlar. Görüşün nəticəsi olaraq imzalanan sənədlər arasında hava əlaqəsi, informasiya texnologiyaları sahəsində əməkdaşlıq, "Azərbaycan Televiziya Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Teleradio-Moldova" İctimai Şirkəti arasında əməkdaşlıq haqqında sazişlər mühüm sənədlər kimi dəyərləndirilmişdir.

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Moldova Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təkan verə biləcək tədbirlərdə fəal şəkildə iştirak etməyə hər zaman hazır olduğunu bəyan etmişdir. Belə ki, 2008-ci ildə BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qurumun qəbul etdiyi qətnamənin müzakirəsi zamanı Moldova ölkəmizin lehinə səs vermişdir. Öz növbəsində, Azərbaycan da hər zaman Moldovanın ərazi bütövlüyünün bərpasını, Dnestryanı bölgə probleminin nizama salınması sahəsində fəaliyyətini qətiyyətlə dəstəkləmişdir.

Dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq təşkilatlarda görüşlər ikitərəfli əlaqələri daha da dərinləşdirir. Bu gün Azərbaycan ilə Moldova arasında iqtisadi əlaqələr özünün inkişaf mərhələsinə yüksəlib. Moldova həm ikitərəfli, həm Demokratiya İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM) kimi təşkilatlar çərçivəsində Azərbaycanla əlaqələri genişləndirir.