“Diplomatiya
MÜSAHİBƏLƏR

“Diplomatiya" pərdəsinə bürünmüş casus şəbəkəsi

6 aprel 2023- il tarixində Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Seyyid Abbas Musəvi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı ölkəsinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi son təxribat xarakterli hərəkətlərə görə, İran səfirinə sərt narazılıq ifadə olunub. Səfirin diqqətinə çatdırılıb ki, diplomatik statusla uyğun olmayan 1961-ci il Vyana Diplomatik Münasibətlər Konvensiyasına zidd fəaliyyətlərinə görə, İran səfirliyinin 4 əməkdaşı Azərbaycan hökuməti tərəfindən "persona non qrata" elan edilib həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olunub.

Məsələyə münasibət bildirən politoloq İlyas Hüseynov deyib ki, hazırkı durumda İranla Azərbaycan arasında olan münasibətlər çox gərgin xarakter daşıyır bunun əsas günahkarı İran dövlətidir. Azərbaycan İkinci Qarabağ müharibəsində beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğaldan azad etdikdən sonra fars rejimi ölkəmizə qarşı düşmənçilik münasibəti sərgiləməyə başladı. Buna misal olaraq iki ölkə sərhəddinin üzərindən İran qırıcısının uçuşlar həyata keçirməsi, Naxçıvana yaxın ərazidə hərbi təlimlərin baş tutması, eyni zamanda Tehrandakı Azərbaycan səfirliyinə millət vəkili Fazil Mustafaya qarşı terror aktını qeyd edə bilərik. Eyni zamanda İran-Ermənistan əlaqələrinin yüksək səviyyədə artması, Qafan şəhərində İranın konsulluq açması, eləcə Təbrizdə İrəvanın konsulluq açmaq istəyi, cənub qonşumuzun bu ya digər təxribat xarakterli fəaliyyətləri Azərbaycan dövləti tərəfindən təbii olaraq narazılıqla qarşılanır. İranın anti-Azərbaycan siyasətinin əsas faktorlarından biri ölkəmizin müstəqil xarici siyasət yürütməsidir.

Azərbaycanın İsraildə səfirlik açması xarici siyasətimizin tərkib hissəsidir heç bir vəchlə üçüncü dövlətə qarşı yönəlməyib. Bu haqda dəfələrlə ölkəmiz tərəfindən bəyanatlar da səsləndirilib. İranın Bakıdakı səfiri Seyyid Abbas Musəvinin xarici işlər nazirliyinə çağırılmasına münasibətimi belə ifadə edirəm ki, dövlətimizin atdığı son addım Azərbaycanda fəaliyyət göstərən səfirlik əməkdaşlarının "persona non qrata" elan olunması 48 saat ərzində ölkəni tərk etməklə bağlı tələbi düşünürəm ki, haqlı bir yanaşmadır.

Bir müddət öncə, İran səfirliyinə məxsus avtomobillərlə qeyri-qanuni hərəkətlərin edilməsini bu haqda məlumatların yayılmışdı. bu da onu deməyə əsas verir ki, Azərbaycanda olan İran diplomatları pozuculuq fəaliyyəti ilə məşğuldur. Azərbaycanın güclü xüsusi xidmət orqanları bu pozuculuq destruktiv fəaliyyətin qarşısını alır. Azərbaycanın təhlükəsizliyinə, müstəqilliyinə suverenliyinə qarşı istənilən məkrli addım atılacaqsa, bunun dərhal ciddi surətdə qarşısı alınacaqdır. Biz Azərbaycanın güclü, Vətən müharibəsində qalib gəlmiş dövlət olduğunu hər bir müstəvidə göstəririk. Bu da öz növbəsində Azərbaycanın milli maraqlarına söykənən yanaşmadır.

Musa BAĞIRLI,

"Respublika".