Türkiyədə bütün dünyanın maraqla müşahidə etdiyi ikinci tur prezident seçkiləri başa çatdı. Ölkədə yüksək demokratiya şəraitində keçirilən seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan rəqibini üstələyərək liderliyini saxladı. Nəticədə Rəcəb Tayyib Ərdoğan 52,18% səslə prezident seçkilərinin ikinci turunun - həlledici mərhələsinin qalibi olmaqla yenidən dövlət başçısı seçildi. Türkiyə vətəndaşları və türk xalqı seçimini edərək 21 ildən bəri ölkəni idarə edən Ərdoğana bundan sonra da 5 illik səlahiyyət verdi. Bu seçkidə Rəcəb Tayyib Ərdoğan təkcə Millət İttifaqına deyil, o həm də Türkiyəni sındırmaq niyyətini açıqca ortaya qoymuş dünya imperializminə qalib gəldi. Demək olar ki, Türk vətəndaşları seçkiyə yüksək fəallıqla qatılmaqla qərb dünyasına demokratiya dərsi verdi. Bu qələbə bütövlükdə bir millətin, eyni zamanda türk dünyasının, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsinə zəmin yaratmış oldu. Bu qələbə Zəngəzur dəhlizinin açılmasının da müjdəsidir. Bu qələbə Ermənistanla böyük sülhün bağlanması, bölgədə əməkdaşlığın və sabitliyin ən ciddi şərtidir.
Türkiyənin son illərdəki ordusu, hərbi sənayesi, iqtisadi gücü və siyasi nüfuzu bir çox ölkələri rahatsız etməyə başlamışdı. Güclü müsəlman və türk birliyi onların yuxusunu ərşə çəkmişdi. Bəzi dövlətlər Türkiyəni müxtəlif oyunlara qatmağa cəhd etdilər, iqtisadiyyatını çökdürməyə çalışdılar, qonşuları ilə gərginliyə səbəb oldular, amma sonda bir şeyə nail olmadılar. Türkiyədə Ərdoğanın hakimiyyəti tərk etməsinə və onun yerinə Kılıçdaroğlunun, yəni Qərbin asanlıqla idarə etdiyi və bundan sonra lap rahat manipulyasiyalara məruz qoyacağı fiqurun gəlişinə nail olmaq istəyən dövlətlər və bir sıra təşkilatlar pərişan oldular. Türk milləti isə öz növbəsində Ərdoğanın arxasında dayandı, ona güvəndi və bütün həlledici məqamlarda real vəziyyəti düzgün qiymətləndirərək güclü liderinə səs verdi. Türkiyə seçicisi şəxsən Rəcəb Tayyib Ərdoğana səs verməklə yanaşı, eyni zamanda onun dəstəklədiyi ideyalara da səs verdi. Xalq Türkiyənin onunla başlayan inkişafını, artan siyasi nüfuzunu, dünya birliyində söz sahibinə çevrilməsini, həmçinin Türk dünyasının birliyini gücləndirmək ideyasını dəstəkləmiş oldu. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan qlobal problemlərin həllinə təsir göstərən dünya səviyyəli bir liderdir. Onun lider kimi üstünlükləri çoxdur. Prezident seçkisində Ərdoğanın rəhbər kimi şəxsiyyəti ilə yanaşı, müdafiə etdiyi siyasət də sınaqdan keçmiş oldu. Rəqibi ölkənin idarəetetmə quruluşunu dəyişəcəyini, parlamentli respublikaya keçəcəyini, referendum keçirəcəyini elan etmişdi. Kamal Kılıçdaroğlu, həmçinin Türk dünyasının birliyi məsələsini də ikinci plana keçirirdi. Halbuki Rəcəb Tayyib Ərdoğan bu ideyanın müdafiəçisi və türk dövlətlərinin birliyi üçün böyük səy göstərmiş lideridir. Qarşı tərəfin Azərbaycanla münasibətləri minimuma endirmək barədə sətiraltı mesajları da ölkədə müsbət qarşılanmadı. Çünki Türkiyə xalqı Azərbaycanı Türkiyənin dostu, qardaşı kimi qəbul edir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş ''Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" şüarı bu gün ən sadə Türkiyə vətəndaşının belə düşüncəsində, sözündə, Azərbaycanla münasibətində irəli sürdüyü ideyadır. ''Əminliklə deyə bilərəm ki, qazanan yalnız Türkiyə deyil, bütün türk dünyası və bu coğrafiyanın əsas aktorlarından biri olan Azərbaycandır. Azərbaycanı meydanda tək qoymaq istəyən ermənilər və onların havadarlarının hazırda kədərləri anlaşılandır. İnanıram ki, Türkiyə-Azərbaycan müttəfiqliyi indən belə daha da güclənəcək və bu Qarabağda həll olunmamış məsələləri də həll etməyə imkan verəcək. Buna görə də Ərdoğanın qələbəsi Türkiyənin düşmənləri ilə yanaşı, Azərbaycanın düşmənlərini də məyus etdi. Çünki bu regionda hegemonluq eşqinə düşən qüvvələr, bundan sonra da Cənubi Qafqazda Əliyev-Ərdoğan faktoru ilə əvvəlki tək hesablaşmalı olacaqlar. Ermənilər çox məyusdur, bilirəm