Siyasət

"Dəmir yumruğ"a çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Penitensiar xidmətdə işləyən Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov çıxış edərək 44 günlük Vətən Müharibəsində qazanılan Böyük Zəfərin və lokal antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açıb, 8 Noyabr - Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun formalaşdırdığı yenilməz Ordu və "Dəmir yumruğ"a çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. "... xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün" sözləri hər birimizin qürur mənbəyinə çevrildi. Müzəffər Ali Baş Komandan müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, qətiyyətli siyasətçi, müdrik dövlət başçısı, mahir diplomat kimi görünmədi, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdılar.

Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərin xatirəsinin əbədiləşməsinə, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirdiyi diqqətə çatdırılıb.

Mirsalaeh Seyidov bildirdi ki, Ulu Öndərin 100 illiyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpası böyük rəmzi məna daşıyır: "Əminliklə deyə bilərik ki, Qarabağdakı tam və qəti Qələbə İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin həm məntiqi nəticəsi, həm də ən yüksək zirvəsi oldu. Təsadüfi deyil ki, üçrəngli bayrağımız da Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran üzərində məhz həmin gün - oktyabrın 15-də qaldırıldı".

Nazir müavini Qələbənin təməlini təşkil edən şəhidlərimizin, qazilərimizin rolundan söz açaraq, əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyinin dövlət başçısı tərəfindən dəfələrlə vurğulandığını və çıxışlarından birində: "Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb... Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir", - dediyini bildirib.

Müharibə iştirakçılarına, qazilərə, şəhid ailəsi üzvlərinə ədliyyə orqanları tərəfindən də göstərilən diqqətdən bəhs edən nazir müavini bu gün Penitensiar xidmətdə işləyən müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin də qayğı ilə əhatə olunduğunu qeyd edib.

Tədbirin sonunda 44 günlük Vətən mü

haribəsinə həsr olunmuş film izlənilib.

“Respublika”.