Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyətinin İran tərəfindən saxtalaşdırılması yolverilməzdir
Tarix

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyətinin İran tərəfindən saxtalaşdırılması yolverilməzdir

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı mənşəyi haqqında İranın daimi olaraq  təhriflərə yol verməsi, onu  "fars şairi" kimi təqdim etməsi XVII-XVIII əsrlərdən başlayaraq Rusiya İran tərəfindən Qafqazda, Azərbaycandaeləcə başqa regionlarda  türk  xalqlarına qarşı yürüdülən məkrli  siyasətin tərkib hissəsidir.

XVII-XVIII əsrlərdə Azərbaycan ərazisində baş verən mürəkkəb tarixi-ictimai  hadisələr, düşmən qüvvələr tərəfindən türklərin tarixi, mədəniyyəti dilinə qarşı aparılan siyasət, məqsədli şəkildə  əsas qaynaqların təhrif olunması türkdilli mənbələrin sıradan çıxarılması diqqəti cəlb edir. Bu dövrdə Azərbaycana aid tarixi, coğrafi, ədəbi mətnlərin tərtib nəşri zamanı  saxtalaşdırılması, materiallardan  mühüm faktların silinməsi, müstəmləkə şəraitində xarici ölkələrə çıxışımız olmadığından, Rusiya İran tərəfindən Avropa elmi ictimaiyyətinə təqdim olunan farsdilli Azərbaycan poeziyasının "fars ədəbiyyatı" adı altında  tanıdılması sair bu kimi hallar baş vermişdir

Azərbaycanın tarixinə ədəbiyyatına qarşı qərəzlər dövlətimizin müstəqilliyini, düşmən üzərində qazandığımız qələbəni  gözü götürməyən qüvvələr tərəfindən bu gün davam etdirilirİran alimləri dil faktorunu əsas gətirərək, Şərqin bütün  farsdilli şairlərini İrana bağlayır Azərbaycan şairi Nizami Gəncəvinin mənşəyinin saxtalaşdırılmasında xüsusi fəallıq göstərirlər. Onlar bir tarixi həqiqəti unudurlar ki, vaxtilə  ərəb istilasından sonra İranın ərazisində fars, pəhləvi, soqdi başqa etnik dillərdə yaranan ədəbiyyat bütövlükdə öz yerini ərəbdilli şeirə vermişdi.

Məlumdur ki, hegemon dövlətlər həmişə mərkəzləşdirilmiş imperiya yaratmaq məqsədilə vahid dil birliyi ideyasını irəli sürmüşlər. Ərəb xilafəti bu cür mərkəzləşdirilmiş dövlət vahid ərəb dili siyasəti yeritmişdir. İranşünaslıq üzrə  XX əsrin görkəmli rus alimi Y.S.Braqinski yazırdı: "İran şairləri VII-IX əsrlərdə bir müddət fars dilindən imtina etdilər, ərəb dilini ərəb poetik mədəniyyətinin çoxsaylı elementlərini (şeir ölçüsünün kvantitiv prinsiplərini, obrazlılığı) tam qəbul etdilər".

Bütün Yaxın Orta Şərq regionlarında olduğu kimi, Azərbaycanda da 300 ilə yaxın hökm sürən ərəb müstəmləkəçilik siyasəti IX əsrin sonlarından  başlayaraq zəifləməyə başladı ərəb xilafəti çökdü. Ərəb hökmranlığının süqutu türklərə yenidən bu regionlarda öz hakimiyyətlərini bərpa etməyə imkan yaratdı.  840-1032-ci illərdə Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti Qaraxanilər, IX əsrin sonlarında Mərkəzi Asiyada paytaxtı Buxara olmaqla türk Samanilər sülaləsi (875-999), Azərbaycanda paytaxtı Marağa Ərdəbil olmaqla - türk Sacilər dövləti (879-914), Xorasan, Mavərəhnəhr Xarəzm, Əfqanıstan Şimali  Hindistanda hökmranlıq edən türk məmlük xanədanı Qəznəvilər (963-1186) sülaləsi xilafətdən qurtuluş  mərhələsində yaranaraq, Şərq-müsəlman  xalqlarının mədəni-iqtisadi həyatının yüksəlişində mühüm iz qoymuşlar.

İran IX-X əsrlərdə farsdilli şeirin yenidən dirçəldilməsinə görə türk Samanilər (Samanoğlular) dövlətinə borcludur. Samanilər dövründən başlayaraq bu dövlət mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmaq məqsədilə öz tərkibinə daxil olan etnik tərkibi zəngin olan Əfqanıstan İranın böyük bir hissəsində əsas yerli əhalinin  dəri (fars) dilində danışdığını nəzərə alaraq bu dilin rəsmi dövlət dili ədəbi dilə çevrilməsinə maneçilik törətmədilər. Burada mühüm amillərdən biri   fars dilinin əruz vəzninə, ərəb poetika qayda-qanunlarına  daha uyğun olması idi. Samanilər sarayında Rudəki Səmərqəndi onun davamçılarının yazdığı  nəfis nümunələr farsdilli şeirin şöhrətini qaldırdı. Beləliklə, IX əsrdən başlayaraq, farsdilli poeziyanın İran, Hindistan, Orta Asiya, Azərbaycan, Türkiyə başqa ərazilərdə yayılması prosesinə başlandı. Samanilər dövründə Buxara, Səmərqənd, Bəlx Mərvdə yaşayan türk əsilli alim, filosof şairlərin fars dilində mühüm əsərləri yaranmışdır. Türk əsilli müəlliflər farsca yaranan bu poeziyaya sadə üslub, xalqın müdrik düşüncə tərzini çoxsaylı türk sözləri gətirmişlər.

Amma bu