Daha 19 laçınlı ailəyə evlərinin açarları təqdim olunub
Sosial həyat

Daha 19 laçınlı ailəyə evlərinin açarları təqdim olunub

Otuz bir il idi onlar Vətən həsrəti ilə yaşayırdılar. Artıq o nisgilli günlər geridə qalıb. Azad Laçın doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola salınan və Laçına çatan növbəti 19 ailə öz evlərinin açarlarını almağın sevinc hissini yaşayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə açarların təqdimetmə mərasimi olub. Yenidən öz evində məskunlaşacaq ailələr sevinc hissi ilə açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.