Müstəqilliyimiz daimidir, əbədidir
Sosial həyat

Müstəqilliyimiz daimidir, əbədidir

Cəbrayıl rayonunda 18 Oktyabr Müstəqilliyin Bərpası Gününün 32-ci ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildirdilər. Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibətilə təbrik edərək 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlamağından, bu yolda xalqımızın mübarizə əzmindən və Ulu öndərin xidmətlərindən bəhs etdi.

                                                    Tofiq Hüseyn,

                                                   “Respublika”.