İyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.
"Respublika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.