Bu il Şuşa şəhərində “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir.
"Respublika" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
“Növbəti illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində regional “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək”, - deyə Ü.Mehdiyev bildirib.