Böyük Zəfər yolunda 
MÜSAHİBƏLƏR

Böyük Zəfər yolunda 

İlk gündən son günədək

Vətən müharibəsi qələbəmizlə başa çatdı. Minlərlə şəhid verdik. Sağlamlığından keçib qələbə ilə geri dönənlərimiz var. Hər birinə borclu olduğumuz o oğullar haqqında yazmaq isə əliqələmli hər kəsin vəzifə borcudur.

Bu günlərdə  Milli Məclisin İşlər  İdarəsinin İaşə Xidmətinin əməkdaşı, 44 günlük Vətən müharibəsinin ilk günündən sonunadək  cəbhə xəttində əsgəri xidmətini yerinə yetirən Sübhan Nail oğlu Səmədovla görüşmüşük. Onunla müsahibəni oxuculara təqdim edirik:

- Sübhan, mümkünsə, özün barədə  bir  az məlumat ver.

- Qəbələ rayonunun Zarağan kəndində doğulmuşam. Kəndimiz rayon mərkəzindən 5-6  kilometr məsafədə  yerləşir. Ailədə iki uşağıqmən məndən iki yaş kiçik bacım.

Məsəl var deyirlər, filankəsin  çörəyi daşdan çıxır. O deyim bizim ailədə tam əksini tapıb. Atam daş ustasıdır, hörgü  işləri  görürAnam isə evdar qadındır. Bütün ailəmizin çörəyi atamın daşdan cadar-cadar olmuş əllərindən çıxıb həmişə. Balaca vaxtımızdan da bizə halallıq, dürüstlük, zəhmət  təlqin edilib. Mən ali təhsilliyəm. Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat idarəetmə fakültəsini bitirmişəm.

Kəndimizdəki 1 saylı orta  məktəbi bitirəndən sonra hərbi sahəni deyil, iqtisadiyyatı seçdim. İnstitutu bitirən kimi iyul ayında  əsgər  getdim. Sumqayıtın Nasosnu qəsəbəsindəki  hərbi hissədə bir ay qalandan sonra zirehli maşın sürücüsü kimi Pereküşküldəki hərbi hissəyə ezam olundumOrada  da  bölgü  keçirildi mən təminat bölüyünə düşdüm. Elə bölgü başa çatan günün səhəri müharibənin başlanmasını elan edən üçdəfəli həyəcan siqnalı  səsləndirildi...

Mən əsgəri xidmətə cəmi iki ay idi başlamışdım hələ vəziyyəti tamlığı ilə dərk edə bilmirdim. Hərbi hissədə təlaş qarışıq sevinc müşahidə olunurdu - silahını götürən kim, çantasını toplayan kim... Hələ həyatımda elə ruh yüksəkliyi görməmişdim. Elə bil toya, bayrama hazırlaşırdılar. Belə bir ruhla görülən işin qələbə ilə nəticələnəcəyi  hamıya gün kimi aydın idi...

KAMAZ maşınlarına doluşub yola düşdük. Maşında Tovuzdan olan 18 yaşlı bir əsgərdən başqa kimsəni tanımırdım. Sonralar  hamı ilə dostlaşdıq. Müharibə elə bir yerdir ki, yanındakı əsgər  yoldaşın sənə dünyada ən yaxın əziz adam sayılır.

Bizi əvvəlcə Füzuliyə apardılar. Mən 44 günlük müharibədə ilk gündən son günədək  cəbhə xəttində idim, təminat sektorunda  xidmət  edirdim.

İnanın ki, o 44 gün ərzində valideynlərim bilməmişdilər ki, mən cəbhədəyəm. İstədiyim qız vardı, hazırda nişanlımdır. Ondan başqa kimsəyə deməmişdim. Ona da halallaşmaq məqsədi ilə xəbər vermişdim. Çox ağladı, üzüldü, amma dedim müharibədir, hər şey ola bilər... Bircə qorxum anamdan idi. O, mənə çox bağlıdır. Düşündüm ki, bilsə mən cəbhədəyəm, yeməkdən, içməkdən kəsiləcək, sağlamlığına zərər dəyəcək... Hətta dəfələrlə anamla telefonla danışarkən atəş səsləri eşidilirdi, deyirdim  narahat olma, təlimdəyik...

Elə günlər olurdu ki, sıldırım qayalara dırmaşaraq döyüş yoldaşlarımıza təminat  çatdırmalı olurduq, boğazımız quruyur, udquna, danışa bilmirdikKürəyimizdə bir yeşik su ola-ola, ondan bir  qurtum içməyə qıymırdıq ki, biz dönüb bir yerdə su tapıb içərik, qoy bunu döyüşdəki əsgərlərə çatdıraq...

- Qələbə xəbərini harada  eşitdin?

- Şuşaya doğru qalxırdıq. Orada döyüşü bitirib dincəlmək üçün  bir koordinata  toplaşan döyüşçülərə təminat aparırdım. Yolda bir-iki dəqiqə dincimizi alarkən nişanlıma zəng vurdum. O, ağlaya-ağlaya məni təbrik etdi ki, müharibə bitdi. Moskvada Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti Ermənistanın Baş naziri arasında üçtərəfli Bəyanat imzalanıbLazımi nöqtəyə çatanda döyüşdən  yorğun gələn qardaşlarımız yatmışdılar. Onları