Uğurlu Aprel döyüşləri zamanı şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi. Azərbaycan ordusu İrəvan - Qafan strateji yolunu Aprel döyüşlərindən cəmi 2 il sonra nəzarətə götürdü. Bununla yanaşı, strateji yüksəkliklərdə möhkəmlənən ordumuz Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı da azad etdi.
Böyük Qayıdışın başlanmasının əsasının qoyulması məhz Aprel döyüşlərinin yaratdığı reallıqla bağlıdır. Aprel zəfəri problemin həllində yeni mərhələ yaratmaqla status-kvonun legitimləşdirilməsi cəhdlərinin mümkün olmadığını bir daha hər kəsə göstərdi. Qeyd etmək lazımdır ki, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatı deyildi. Düşmənin silahlı birləşmələri təxribata əl ataraq mövqelərimizə hücum edən zaman əks-hücum əməliyyatına başlayan müzəffər ordumuz düşməni geri çəkilməyə məcbur etdi.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti və iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bir neçə qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. Digər ərazilərimizdə olduğu kimi, hayların hərbi dəstələri vaxtilə bu yüksəkliklərdə mövqe tutub Cocuq Mərcanlı və ətraf yaşayış məntəqələrini daim atəş altında saxlayaraq dinc sakinləri hədəfə alırdılar. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Məhz Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı, Horadiz və sair yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin olundu.
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza uzun illərdir həsrətində olduğu qələbə sevincini yaşatdı. Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirən bu zəfər dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdəlik məharətinin, silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə birliyi Aprel döyüşlərində qazanılan qələbənin əsas səbəbidir.
44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və "Böyük Qayıdış"ın başlanğıcı olan Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükənin tamamilə aradan qaldırılmasını təmin etdi. Təsadüfi deyil ki, məhz Aprel döyüşlərindən sonra dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış"ın başlanğıcı qoyuldu. Ardınca isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında" 2017-ci il 15 iyun tarixli 2985 nömrəli Sərəncamına uyğun olaraq ikinci mərhələyə başlanıldı. İkinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi və 10/04 kv-luq Kompleks Transformator məntəqəsi tikildi.
Uğurlu Aprel zəfərimizin daha bir nəticəsi olaraq 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı zamanı ümumi