Böyük aktyorluq məktəbinin yaradıcısı
Mədəniyyət

Böyük aktyorluq məktəbinin yaradıcısı

Azərbaycanın görkəmli teatr kino aktrisası, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Nəsibə Zeynalova 1916- il aprel ayının 20- Bakıda doğulub.

Azərbaycan milli realist aktyor məktəbinin banisi eyni zamanda dövrünün tanınmış tacirlərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açan N.Zeynalova hələ iki yaşında ikən atası dünyasını dəyişmış, ailəsi çox çətinliklə dolanmışdı. Zavodların birində fəhlə işləməyə başlayan gənc qız bir müddət sonra anasını da itirir. Varlı tacir olmaqla bərabər, həm rus, fransız, ərəb dillərini gözəl bilən, Azərbaycan milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalov yeganə övladının onun sənətini davam etdirməsini arzulamışdı. Lakin ömür vəfa etməmiş, o, bu günləri görməmişdi...

Hələ orta məktəbdə oxuyarkən milli oyun havalarını bacarıqla ifa edən, böyüdükcə istedadı, qabiliyyəti ilə hamıdan seçilən N.Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv yazılır, sonrakı illərdə Bakıda fəaliyyət göstərən səyyar teatrda aktrisa kimi işə başlayır. 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi qəbul olunur elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alır. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Uilyam Şeksprin "Şıltaq qızın yumşalması"nda Katarina, Jan Batist Molyerin "Don Juan"ında Elvira, Fridrix Şillerin "Mariya Stüart" əsərində Yelizaveta rollarını canlandırır.

Deyirlər ki, böyük sənətkarlar əksər vaxtlarda övladlarının onların yolunu davam etdirməsinə razı olmurlar. Çünki səhnə həyatı kənardan qədər cazibədar görünsə , həddən artıq çətin, bəlkə məşəqqətlidir. Səhnənin bütün bu çətinliklərinə rəğmən Cahangir Zeynalov sevimli qızının gələcəyini səhnədə, teatrda görürdü... Onun bu arzusu günlər ayları, aylar illəri əvəz etdikcə reallaşır, Azərbaycan realist aktyor məktəbinin layiqli nümayəndəsi yetişirdi... Azərbaycanın görkəmli teatr kino aktrisası, Azərbaycan SSR Xalq artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı Nəsibə Cahangir qızı Zeynalova. Səhnəmizin Cənnət xalası...

Nəsibə Zeynalova Azərbaycanın teatr tarixində komediya janrının zəngin ənənələrini yaşadaraq böyük aktyorluq məktəbi yaratmışdır. Sevib-seçdiyi sənətinə vurğunluğu ilə milli kino sənətimizin inkişafında müstəsna xidmətləri olan görkəmli sənət ustası həyat verdiyi bütün personajlarına uğurlu tale yaşatmış, yaratdığı müxtəlif xarakterli rollar, səmimiliyi, xəlqiliyi, həyatiliyi ilə qəlbləri fəth etmişdir. Onun böyük səmimiyyətlə yaratdığı duzlu, məzəli obrazlar milyonlarla insanın həyatına, məişətinə daxil olmuş, bu sənət fədaisinin adını milli mədəniyyətimizin tarixinə əbədi olaraq yazmışdır. Milli teatrımızın parlaq ulduzu olan Nəsibə Zeynalova insanın daxili aləmini xırda incəliklərinə qədər açmağı bacaran sənətkar idi.

Azərbaycanın aktyorluq sənətinin zəngin ənənələrini ləyaqətlə davam etdirən sənətkarın yaradıcılığı Azərbaycan teatr tarixində xüsusi yer tutur. Nəsibə Zeynalovanın neçə-neçə gənç aktyorun yetişməsində, sənətinin zirvəsinə yüksəlməsində əvəzsiz xidmətləri olmuşdur. Sənətinin zirvəsinə yüksələrək bu aləmin enişli-yoxuşlu, çətin yollarında əminliklə, böyük cəsarət inamla addımlayan bu səhnə ustasının təcrübəsindən çoxları bəhrələnmişdi. İstər sənətdə, istərsə həyatda çoxlarına böyüklük, analıq etmişdi.

Nəsibə Zeynalovanın səhnə fəaliyyətinin ən parlaq dövrü məhz Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışdığı illər olmuşdur. Ömrünün 60 ildən çox hissəsini bu teatra həsr edən sənətkar milli yumor hissi ilə yaratdığı rəngarəng, səhnəmizin nadir inciləri sırasında duran bənzərsiz obrazları ilə Azərbaycan mədəniyyəti tarixində öz layiqli yerini tutmuş, milli teatrın inkişafında mühüm rol oynamışdır. Musiqili komediya teatrımızın inkişafında böyük xidmətlərinə görə isə Nəsibə Zeynalova 1960- ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti kimi fəxri adlara layiq görülmüşdür.

Yaratdığı saysız-hesabsız