Ölkə başçısından vandallara, separatçılara və havadarlarına kəskin mesajlar
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi önəmli məqamlarla zəngin oldu. Dövlət başçısı İlham Əliyevin regionlara hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ölkəmizdə ilklərə imza atılır, yeniliklərə, təkmilləşməyə üstünlük verilir. Cənab Prezident Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlar verdi.
"Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir". Bu fikirləri Prezident İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması ilə bağlı sualı cavablandırarkən deyib. Dövlət başçısı bildirib ki, bunu deməyə əsas verən bir çox səbəblər var. Belə ki, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. Bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırdılar. Guya onu saxlayıblar, ondan bir neçə dəqiqə sonra buraxıblar. Orada bir şou düzəldiblər, onu alqışlarla qarşılayıblar və bu adama qarşı heç bir cəza tədbiri, heç cərimə də tətbiq olunmayıb. Təkilatçılığına və təhlükəsizliyinə görə rəsmi İrəvanın birbaşa məsuliyyət daşıdığı beynəlxalq idman tədbirində törədilən bu vandallıq döyüş meydanında deyil, beynəlxalq idman tədbirində, yəni siyasətə heç bir aidiyyəti olmayan müstəvidə baş verdi.
Ona görə də Azərbaycan Prezidenti hadisəni kəskin pisləməklə bildirdi ki, Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin, bu ölkədə rasizm və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir. Belə bir vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbir və yarışın keçirilməsi rasizmə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. "Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, Ermənistan hakimiyyəti, hökuməti, dövləti bu çirkin əməlin müəllifidir. Amma onlar unutmamalıdırlar ki, bu gün Azərbaycan bayrağı harada dalğalanır. Bu gün Azərbaycan bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan bayrağı dalğalanır. Bu gün Azərbaycan bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar". Ölkə başçısı deyib ki, bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil. Əlbəttə, bu hadisə bizi sarsıda bilməz, bizim iradəmizə heç bir təsir edə bilməz. Ancaq onlar yaxşı fikirləşsinlər.
Bir gün gözlərini açıb Azərbaycan bayrağını öz başları üzərində görə bilərlər. Yarışda iştirakdan imtinaya görə yığmamızın üzvləri faktiki olaraq girov saxlanıldı. Bir neçə saatlıq girovluqdan sonra nəhayət ki, idmançılarımız İrəvanı tərk edə bildi. Bütün dünya ictimaiyyəti qarşısında biabır olan, belə beynəlxalq tədbirləri keçirmək mədəniyyətinə və etikasına qadir olmadığını göstərən Ermənistan rəsmiləri bundan sonra arsızca bütün idmançıların təhlükəsizliyinin qorunduğu barədə bəyanatlar verdilər.
Bayrağımıza qarşı törədilən vandallığa türkiyəli atletlər qələbə qazanmaqla cavab veriblər. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban