Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi hadisələrə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin onlara verdiyi İrəvan və ətraflarını əhatə edən Azərbaycan torpaqlarında bir dəfə özlərinə dövlət yaratmışlar. Azərbaycan öz ərazisində təcavüzkar Ermənistana ikinci erməni dövləti yaratmağa imkan verməyəcəkdir.
1828-ci ildən 1988-ci ilə kimi Qərbi Azərbaycandakı soydaşlarımız qırğınlara, sürgünlərə, köçürülmələrə məruz qalaraq ata-baba yurdları uğrunda mübarizə aparmışlar.
Qərbi azərbaycanlılara qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən uzaqlaşdıraraq öz yaramaz əməllərini Azərbaycan xalqının ayağına yazmaqda davam edir. Əslində, "torpaq zəbt etmək" iddiası ilə özünü oda-közə atan erməni daşnakları haradasa məskunlaşmaq üçün min cür hiyləyə əl atmışlar. Bütün varlığının cövhəri məkr və hiylə ilə yoğrulmuş haylar əvvəllər yazıq cildinə girərək Azərbaycan torpaqlarına sığınsalar da bir düşüncə ilə yaşayırdılar: "Ayağıma yer edərəm, gör sənə neylərəm!". "Əzabkeş ermənilər" İrandan, Türkiyədən axın-axın İrəvan xanlığına toplaşırdı. Bu "əzabkeşlər"in məramı Qərbi azərbaycanlılara aydın deyildi. 1883, 1905 və 1918-1920-ci illərdə elə qanlı faciələrə əl atıldı ki, bunun üçün erməni millətçiləri tarix boyu tökülən qanların banisi kimi məsuliyyət daşıyacaqlar.
Tarixi sənədlər göstərir ki, İrəvan qədim türk şəhəridir. 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Ona qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni vandalları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən "əks- inqilabçı ünsürlərlə mübarizə" şüarı altında ermənilər Qərbi azərbaycanlılara qarşı mənfur planlar həyata keçirdilər. Saysız-hesabsız qətllər oldu, soydaşlarımız ata-baba yurdlarından sürgün edildi. Həmin günlərdə daşnak quldurlarının törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətlərinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanlar diri-diri yandırılmışdır.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar.
1948-1953-cü illərdə Qərbi azərbaycanlılar öz ata-baba yurdlarından yenidən deportasiya olundular. İ.Stalinin, Molotovun və digər ermənipərəst qüvvələrin xəyanəti sayəsində 150 min azərbaycanlı Qərbi Azərbaycandan "könüllülük" prinsipi altında Azərbaycanın Kür-Araz və digər ərazilərinə köçürüldü.
Basarkeçər rayonundan azərbaycanlıların təcili köçürülməsi barədə Ermənistan Mərkəzi Komitəsindən rayon partiya komitəsinin birinci katibi Talıb Musayevə xüsusi tapşırıq verildi. İlk növbədə, bir neçə kənddən xeyli sayda azərbaycanlı əhali Azərbaycana köçürüldü. Bir neçə gündən sonra İrəvandan vəzifədə olan ermənilər əmr verdilər ki, köç prosesini sürətləndirmək lazımdır.
Basarkeçər rayon partiya komitəsinin birinci katibi tələm-tələsik köçün davam etdirilməsinə qəti etirazını bildirdi. Heç kimdən qorxmadı. Dərhal rayona qayıtdı. Xəbər gəldi ki, rayon mərkəzinə İrəvandan köç aparılması üçün 4 yük maşını göndərilmişdir. Düz üç gün boş maşınlar gözlədi. Onlar Talıb Musayevdən rədd cavabı aldıqdan sonra daşnak yuvası İrəvana qayıtdı. Talıb Musayev sübut etdi ki, köçürmə "könüllüdür". 1951-ci ildən sonra rayondan "könüllü" köçən olmadı. Ermənistandan azərbaycanlıların köçürülməsi 1953-cü ildə İ.Stalinin ölümündən sonra dayandırıldı.
1988-ci ildə erməni millətçiləri sovet hökumətinin, xüsusilə Mixail Qorbaçovun