Erməni əsilli sakinlərin Qarabağ ərazisini tərketmə halları son günlər daha da aktivləşib. Demək olar ki, hər gün Laçın sərhəd-buraxılış məntəqəsindən onlarla erməni, əsasən də gənc ermənilər bölgəni tərk edir. İrəvana üz tutan ermənilər dediklərinə görə, Qarabağ sakinləri olsalar da bir daha geri dönmək haqqında düşünmürlər. Gəldikləri kimi də gedirlər. Çünki onlar Qarabağla onları bağlayacaq heç bir bağın olmadığını bilirlər. Haqq nazilər, amma üzülməz deyib atalar. 30 il qabaq Qarabağda yaşayan soydaşlarımızı öz yurdlarından didərgin salan ermənilər bilməli idilər ki, bir gün gələcək tapdaladıqları haqlar öz yerini alacaq.
Didərgin saldıqları insanlar üzülməyən haqlarının, ümidlərinin arxası ilə doğma yurd-yuvalarına qayıdacaqlar. Tarix sübut etdi ki, həqiqətən də erməni haqsızlığı dolanıb, dolaşıb nəhayətdə öz qismətlərinə yazıldı. Bir zamanlar arxalandıqları himayədarlarının köməyi ilə Azərbaycan ərazilərini işğal edərək, "bura bizim torpaqdır və heç vaxt da öz torpağımızdan getməyəcəyik" deyən haylar bu gün səssizcə aid olduqları yerlərə qayıdırlar. Qarabağda öz fəallığı ilə seçilən, separatçı qüvvələrə dəstək verən, qeyri-qanuni erməni silahlı dəstələrin tərkibində Azərbaycana silah çevirən ermənilər üzü Ermənistana sarı kütləvi şəkildə qayıdırlar. Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana üz tutanlar, əsasən, Azərbaycan ərazisində separatizmi