Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaranan vəziyyətlə bağlı məsələlər müzakirə olunub
"Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusuna həsr olunan Zirvə görüşünə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qatılıblar. Səmərqənd Zirvə görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası toplantıda ilk dəfə iştirak edib.
Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə baş vermiş zəlzələnin bütün Türk dünyasını dərindən sarsıtdığını vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə görülən ehtiyat tədbirləri, zəlzələdən zərərçəkənlər üçün yüz minlərlə yeni evin tikilməsi, infrastrukturun qurulması ilə bağlı proqram və layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinin nəticəsidir ki, türk dövlətləri bir-birinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər.
"Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib. Ölkə başçısı bildirib ki, Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli amildir.
2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.
Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını bildirib. Türk dövlətləri siyasi, iqtisadi, ticari, mədəni əlaqələrdə geniş imkanlara malikdir. Eyni zamanda, nəqliyyat, energetika, rəqəmsal transformasiya sahəsində də hədəflər məlumdur. Bununla yanaşı, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də vacib əməkdaşlığın formalaşması fəallaşdırılır. Prezident İlham Əliyev bu bəyanatlarının davamı olaraq TDT-nin fəlakət - fövqəladə halların idarəedilməsi və humanitar yardım mövzusuna həsr ediləcək Fövqəladə Zirvə görüşünün çağırılması təşəbbüsü ilə çıxış edib. Qardaş Türkiyədə baş vermiş son zəlzələlərlə bağlı Azərbaycan Türkiyəyə ən çox dəstək göstərən ölkələrdən biri olub. Sözsüz ki, bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürü hesab edilir. Heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Bu mənada, sammitin məqsədi həm qeyd