“Bir olacağıq, diri olacağıq, Türkiyə olacağıq!
Türk dünyası

“Bir olacağıq, diri olacağıq, Türkiyə olacağıq!"

Sayılı günlər qalmış seçkilərin ikinci turuna da türk qardaşlarımız məhz bu amalla gedəcək

Yaz təbiətin gözəl fəslidir, hər şey canlanır, qan qaynayır, insanların ilham pərisi qanadlanıb uçur. Zəhmət adamı çölündə, çəmənində, tarlasında torpağa can verir. Bu yaz Türkiyə üçün başqa bir yaz oldu, siyasət meydanı da mühüm, tarixi nöqteyi-nəzərdən əhəmiyyətli hadisələrlə zəngin oldu. Prezident, parlament seçkiləri ərəfəsində tərəflər, cəbhələr, partiyalar, ittifaqlar qarşı-qarşıya gəldi. Təbliğat, təşviqat dönəmində vəd üstünə vəd verildi, sözünü əməli ilə deyənlər, "El gözü tərəzidir" məsəlinə söykənənlər seçimi xalqın ixtiyarına verdi. Həmin ərəfədə türk televiziya kanalları prezidentliyə namizədlərin təbliğatı üçün reklam çarxlarına geniş yer verməyə başladılar. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana dəstək üçün hazırlanmış bir videoçarxda "Doğru zaman, doğru insan" çağırışı ilk gündən diqqətimi cəlb etmişdi. Bəli, Türkiyə sınaq qarşısındadır, xalq öz taleyini məhz doğru seçimi ilə müəyyənləşdirəcək: doğru zamanda, doğru insanı seçməklə. Tarixin ən çətin sınaqlarından üzüağ, alnıaçıq qalib çıxan türk xalqı şansını bir daha sınayacaq!..

Mayın 14- bütün dünyanın gözü Türkiyəyə dikilmişdi, hər kəs seçkilərin sonunu səbirsizliklə gözləyirdi. Həmin gün, demək olar ki, gecə yarısınadək təkcə Türkiyə deyil, elə Azərbaycan da həyəcanlı anlarını yaşayırdı. Televiziya ekranları qarşısında milyonlarla insan canlı yayımda seçkinin nəticələrini izləyirdi.

Tabloda rəqəmlər dəyişdikcə həyəcan da artırdı: "Ərdoğan sevdalılar, sevginin, xeyrin qələbə çalacağına inanırdılar. Çünki "Aşkla çalışan, yorulmaz!", - deyib bu yola çıxan türk liderinin etdiklərini Türkiyəni, xalqını sevə-sevə etdiyini yaxşı bilirdi haqqın, ədalətin tərəfində duranlar. Qədirbilən Azərbaycan xalqı da o mövqedə idi, ən çətin anlarımızda, sevincli günlərimizdə yanımızda olanın yanındaydı. Beynəlxalq tədbirlərdə, mötəbər kürsülərdə Azərbaycanın haqq səsini dünyaya çatdıran, hələ Tovuz döyüşlərində: "Dost qardaş Azərbaycana qarşı Ermənistan tərəfindən edilən hücumları şiddətlə pislədiyimizi bildirmək istəyirəm... Türkiyə Azərbaycanın haqqına, hüququna, torpaqlarına qarşı hər cür hücumun qarşısında olmaqla əsla tərəddüd etməyəcək", - deyənin, ölkəmizə sonuna qədər dəstək veriləcəyini deyən dediyini edənin tərəfindəydi xalqımız. Bunun bəzi qüvvələrdə qıcıq yaratmasının səbəbini anlamaq da çətin deyildi. Çünki bir həqiqət var, hər bir ölkə daxili xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç bütün ölkələr tərəfindən birmənalı qarşılanmır. Təəssüflər olsun ki, Türkiyə , Azərbaycan da belə dövlətlərdəndir. Onları gözü götürməyənlər hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur onlardan istənilən qədər danışmaq olar. Lakin bir daima bir-birinin yanında olan heç bir dəstəyini əsirgəməyən iki qardaş, dost da var: Azərbaycan-Türkiyə, tarixi əsrlərə söykənən iki dövlət. Bax, hər iki ölkənin əsrlər boyu davam edən münasibətləridir bu gün Türkiyə Azərbaycanı bir-birinə yaxın edən. Hər iki ölkə liderinin öndərlərimizin ideyalarına sadiqliklərinin nümunəsidir bu birlik.

Mayın 15- Azərbaycan Prezidenti telefon zəngində Türkiyə Prezidentini cümhurbaşqanı parlament seçkilərində qazandıqları səs çoxluğuna görə təbrik etmiş, ona türk xalqına növbəti mərhələdə uğurlar diləmişdi. Çünki 49,51 faiz səs çoxluğu ilə Ərdoğan onun komandası mayın 28- təkrar mübarizə meydanına çıxacaq. Türk liderinin öz real rəqibini təxminən 5 faiz səslə geridə qoyması isə çox şey söyləyirdi. Bu o demək idi ki, türk xalqı ötən 20 il ərzində Ərdoğanın Türkiyə üçün etdiyini unutmayıb onu dəyərləndirməyə qadirdir. Haqqın tərəfində olanlar yaxşı bilir ki, Rəcəb Tayyib