2019-cu il aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pekində ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştiraka dəvət alması Azərbaycanın Uzaq Şərq və Qərbi birləşdirəcək nəqliyyat-logistika xəritəsində önəmli yer tutmasından təsdiq edir.
Forumun birinci "İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi", ikinci "Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması" və daha sonra "BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi" mövzusuna həsr olunan üçüncü sessiyasında iştirak edən dövlət başçısı xüsusilə vurğulamışdı ki, Azərbaycan infrastrukturun inkişafına mühüm əhəmiyyət verir. Ölkəmizdə möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir. Həmçinin dövlət başçısı ölkəmizdə nəqliyyat infrastrukturu sahəsində görülən işlərin, xüsusilə də Ələt Dəniz Ticarət Limanı və istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmini qeyd etmişdir. Bundan əlavə, Azərbaycanda 15 min kilometrdən çox yol çəkildiyi və dəmir yolu xətlərinin modernləşdirildiyini də nəzərə çatdırmışdı.
Orta dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlandırılan bu yol Çindən qardaş Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Bu nəqliyyat dəhlizinin əsas üstünlüyü ondan ibarətdir ki, yükdaşımada iştirak edən qatarlar yükləri orta hesabla 10-12 günə Çin-Qazaxıstan-Xəzər dənizi- Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə mənzilbaşına, yəni Avropaya çatdırırlar. 2014-cü ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə yaradılan dəhliz iki istiqamət üzrə Avropaya nəql edilir. Bu istiqamətlərdən biri Gürcüstanın Poti və Batumi limanları vasitəsilə, ikincisi isə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə həyata keçir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu Orta dəhliz vasitəsilə yükdaşımaların xərclərini aşağı salaraq daşınan yüklərin həcminin artırılmasında əsas rol oynayır.
Azərbaycanın nəqliyyat sahəsində potensialını artıran digər vacib məqam isə Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olmasıdır. 260 gəmi ilə Xəzərdə ən böyük ticarət donanmasına malik olan ölkəmiz ticarət donanmasının gücünə görə dünyada 139 ölkə arasında 41-ci yerdə qərarlaşıb. Beynəlxalq nəqliyyat ticarət layihəsi olan "TRASEKA"nın verdiyi məlumatda, Azərbaycana məxsus tanker donanmasının Xəzər dənizində ən güclü donanma olduğu qeyd edilir. Məlumatda Bakı limanının Xəzərdə ən böyük və əhəmiyyətli liman olması da vurğulanır.
Çin iqtisadiyyatının qlobal iqtisadiyyata olan təsiri Azərbaycan üçün də çox önəmlidir və bu yükdaşımaların həcminin, eləcə də tranzit ölkə kimi maliyyə axınının artmasına səbəb olacaq. Bu səbəbdən, Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq münasibətləri olduqca vacibdir. Bu gün Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.
Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə də türk dövlətləri ilə münasibətlərində yüksək inkişaf strategiyası müşahidə olunur. Mərkəzi Asiya regionu materikin vacib hissəsi olmaqla istər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslərə təsir göstərmə gücünə malikdir. Azərbaycan da bu istiqamətdə diplomatik fəaliyyətini əsirgəmir, türk dövlətləri eləcə də Tacikistan ilə əməkdaşlığa olduqca böyük maraq göstərir. Prezident İlham Əliyevin qeyd olunan regiona tez-tez səfərlər etməsi bunun bariz göstəricisidir. Həmçinin Mərkəzi Asiya dövlətləri də strateji tərəfdaş kimi bu inkişafa