Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar
Digər xəbərlər

Beynəlxalq tədbirin iştirakçıları Şuşa şəhərində bərpa və yenidənqurma işləri ilə tanış olublar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Yenidənqurma, sülh inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit kapital" adlı beynəlxalq tədbirin iştirakçıları iyunun 7- Şuşa şəhərində bərpa yenidənqurma işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzinin ekspozisiya salonunda "Heydər Əliyev Qarabağ" adlı fotosərgi ilə tanış olublar.

Sərgidə Ulu Öndər Heydər Əliyevin sovet dövründə Qarabağda sosial, iqtisadi, siyasi mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər videomateriallar nümayiş olunur. Burada, həmçinin Ümummilli Liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotolar da yer alır. Məlumat verilib ki, Heydər Əliyev Azərbaycanın tarixi diyarının hərtərəfli inkişafına, o cümlədən mədəniyyətə, incəsənətə böyük diqqət qayğı göstərib.

Qonaqlar Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər.

Gəzinti zamanı bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi mədəniyyət abidələrinin bərpasına start verilib