Baş Prokurorluq: DSX Akademiyasının kursantının intihar etməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Baş Prokurorluq: DSX Akademiyasının kursantının intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının intihar etməsi ilə bağlı məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuatın sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun noyabrın 17-də intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır".

AZƏRTAC