Baş nazir Əli Əsədov Düşənbədə Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb
Gündəm

Baş nazir Əli Əsədov Düşənbədə Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

Düşənbəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 29-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxılıb.