Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri, xüsusilə bizə dost olan, İkinci Qarabağ müharibəsi zamanı haqq işimizi dəstəkləyən və böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli inkişaf etdirməkdə maraqlıdır.
Xüsusilə Balkan ölkələri ilə əməkdaşlıq fonunda regional inkişafın əsas güc amilinə çevrilməsi prioritet olaraq qəbul edilir. Azərbaycanın artan enerji ixracı və Avropanın enerjiyə olan tələbatı yeni əməkdaşlıqların qurulmasına zəmin yaradır. Neft, qaz və "yaşıl enerji" çərçivəsində gələcəkdə də Balkan ölkələri ilə iqtisadi-siyasi əlaqələri daha da möhkəmləndiriləcək. Balkan yarımadası Mərkəzi-Şərqi Avropa regionunu əhatə edir. Azərbaycan fiziki-coğrafi cəhətdən həm Avropa, həm də Asiya ölkəsi sayılsa da, siyasi-coğrafi nöqteyi-nəzərdən Şərqi Avropa ölkəsidir. Məhz buna görə də çoxtərəfli formatda iqtisadi və siyasi əməkdaşlıqlar regional əhəmiyyət daşıyır.
İkinci Qarabağ müharibəsi zamanı Bosniya və Herseqovina ölkəmizə xüsusi dəstəyini ifadə etmişdir. Belə ki, Bosniyanın Demokratik Hərəkat Partiyasının Rəyasət Heyətinin üzvü Şefik Caferoviç tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlanmışdır. Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri xanım Bisera Turkoviç xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığında Azərbaycanın haqlı mövqeyi dəstəklənmişdir. Bununla yanaşı, Azərbaycan Prezidentinin son xarici səfərlərində və ölkəmizə səfər edən Avropa dövlət başçıları ilə təmaslarda bu faktor daha bariz şəkildə ortaya çıxır. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş və iqtisadi baxımdan regionun lider dövləti kimi həm diplomatik, həm də iqtisadi danışıqlarda üstün mövqeni qoruyub saxlayır. Bu baxımdan, Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri bu fikrin təsdiqi kimi mühüm hadisələrlə yadda qaldı.
Prezident İlham Əliyevin rəsmi səfəri təkcə Bosniya və Herseqovina üçün deyil, bütövlükdə Balkan ölkələri üçün xüsusi önəm kəsb edir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın əvəzsiz rolu ilə yanaşı, bu gün ölkəmiz qitəyə həm də "yaşıl enerji" körpüsü salmaqdadır. Məhz bu səbəbdən Avropa, o cümlədən Balkan ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir. Şübhəsiz ki, Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri də bu istiqamətdə planlaşdırılan əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.
Rumıniya bu ildən etibarən Bolqarıstana nəql olunan Azərbaycan qazından faydalana biləcək və regionda digər bir əməkdaşlıq formatı reallaşacaq. Hazırda Serbiyanı da ümumi sistemə birləşdirəcək interkonnektorun istifadəyə verilməsi İonika-Adriatik dənizi layihəsinin yaxın gələcəkdə reallaşması Azərbaycan qazını almayan daha üç Balkan ölkəsinə Azərbaycanın enerji resurslarının nəql edilməsinə imkan verəcək. Bununla yanaşı, ölkəmizin alternativ enerji potensialı elektrik enerjisinin tədarükünə dair danışıqları aktuallaşdırır. Qara dənizin dibi ilə 1195 kilometrlik elektrik kabelinin çəkilməsi məqsədilə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan işçi qrupu yaradılmışdır. Azərbaycanın son illərdəki göstəricilərə görə ixrac imkanları orta hesabla 1000 meqavat təşkil edir. Təsadüfi deyil ki, alternativ enerji mənbələrinin ixracı üçün "yaşıl enerji" sektorunda irimiqyaslı layihələr hazırlanır. Azərbaycan külək və günəş enerjisi stansiyaları layihələri ilə yanaşı, digər layihələr planı da hazırlayır. Bu çərçivədə Azərbaycanın yaşıl enerji ixracı imkanlarının daha 700 meqavat artması proqnoz edilir.
Bu il fevralın 3-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri