Hədəflərə nail olmaq üçün 2025-ci ilədək 300 milyon səfər sayını şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır.
"Respublika" xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.
O qeyd edib ki, səfərlərin 240 milyonu ictimai nəqliyyat vasitələrinə, 60 milyonu isə mikro mobilliyə keçməlidir.