Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 7 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadıb. Aprel döyüşləri 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsindəki Zəfərin başlanğıcı kimi qəbul olunur. Tarixə öz şanlı adını yazdıran Aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular. Uğurlu Aprel döyüşləri həm də Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsi olduğundan da xəbər verirdi.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşlərinin nəticəsi Ermənistana ciddi dərs oldu. Bütün bunların müqabilində Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq 2016-cı il 1-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törətmək və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Aprel döyüşləri Qarabağ münaqişəsinin həlli istiqamətində yeni vəziyyətin yaranmasını şərtləndirdi. Həmin döyüşlərdə iki yüksəklik azad olundu və əsgərlərimizin əhvali-ruhiyyəsi daha da artdı. 44 günlük müharibə isə tamamilə fərqli, milli birliyin ən üst səviyyədə nümayiş olunduğu məqam idi. Müharibə zamanı qoca, cavan, qadın demədən, hamı Ali Baş Komandanın yanında oldu. Bu müharibə daha qürurverici idi. Bu qürurun da təməlində Aprel döyüşlərinin böyük payı var. Bir çoxları, o cümlədən yerli və xarici ekspertlər Aprel döyüşlərini "44 günlük müharibənin məşqi" adlandırırlar.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" ordenlərinə, "Vətən uğrunda", "İgidliyə görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülənlər var.
Bu münaqişə yalnız Azərbaycan üçün deyil, həm də Qafqaz regionu üçün təhlükədir. Ermənistan işğal edilmiş ərazilərdə terroristlər hazırlayır. Narkotik plantasiyalar salırlar. Beynəlxalq axtarışa verilən dünya miqyaslı bir çox cinayətkar da bu ərazidə yerləşdirilir. Suriyadan, digər ölkələrdən müəyyən qüvvələr orada yerləşdirilir. Ermənilər işğaldakı ərazilərdə böyük vəhşiliklər törədib. Məscidləri, tarixi abidələri dağıdıb. Azərbaycan ordusu Aprel döyüşləri ilə