İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur bizim tarixi torpaqlarımızdır
Tarix

İrəvan xanlığı, Göyçə mahalı, Zəngəzur bizim tarixi torpaqlarımızdır

1885-ci ildə ermənilərin VyanadaArmenakan”, 1886- ildə CenevrədəHnçaq”, 1890- ildə Tiflisdə yaratdıqlarıDaşnaksütyunterrorçu təşkilatlarının qarşısına qoyduqları başlıca məqsəd üç dövlətin - Rusiya, Türkiyə İranın ərazisində yaşayan bütün erməniləri öz bayraqları altında birləşdirərəkdənizdən-dənizə böyük Ermənistanyaratmaq ideyası idi. İlk gündən radikal terrorçuluq mövqeyini əsas tutan bu partiyaların XIX əsrin axırlarından başlayaraq, türk soyundan olan xalqlara qarşı törətdikləri qanlı cinayətlər öz dəst-xəttinə, coğrafi əhatəsinə qəddarlıq dərəcəsinə görə tarixdə bu qəbildən olan hadisələr sırasında daha çox seçilir.

1917-ci ilin iyun ayında Türkiyə erməniləri Stepan Şaumyanı özlərinə başçı seçmişlər. Lenin isə 1917-ci ilin 29 dekabrında dekret qəbul edib erməniləri müsəlmanlardan müdafiə etməyə şərait yaratdı. Şaumyan özü türkiyəli Hamazaspın komandanlığı ilə 2500 nəfərlik diviziya yaradaraq Bakıda, Bakıətrafı kəndlərdə, həmçinin Qərbi Azərbaycanda on minlərlə azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdi.

1918-ci ildə indiki Ermənistanın 575 min nəfər müsəlman əhalisi vardı. Andranikin qoşunu 1918-ci ilin yazında Vedi rayonunun Qədirli, Qaraxaç, Birəli, Şahablı kəndlərinin sakinlərini damlara doldurub yandırmışdır. Andranikin qoşunu Naxçıvandan keçib, Zəngəzur zonasında, Sisyan, Qafan rayonlarında olan azərbaycanlı kəndlərini dağıdıb dinc əhalini məhv etmiş, Sisyan rayonunun Urud, Darabas, Ağadi, Vağudi, Şükürlü, Məlikli, Şəki digər kəndlərinin sakinlərini qətlə yetirmişdir. Həmin günlərdə Qafan rayonunun Oxçu kəndinin əhalisinin başına gətirilən faciələr barədə Gəncə qubernatoruna 11 dekabr 1918-ci il tarixdə 300 nömrəli teleqramla xəbər verilmişdi. Teleqramda deyilirdi: “Zəngəzur qəzası rəisinin məlumatına görə, dekabrın 19-da Andranikin dəstəsi yerli ermənilərlə birlikdə Kığı dərəsində müsəlmanları qırırlar”.

Cəbrayıl-Zəngəzur zonasının qəza rəisi Namazəliyevin teleqramında isə göstərilirdi ki, dekabrın 10-da ingilis, fransız, ermənilər müsəlman kəndi olan Şabadinə bir neçə başqa kəndlərə hücum edirlər. Bir neçə kəndin kişilərini barışıq adı ilə Oxçu kəndinə çağırıb böyük bir dama doldurub, neft tökərək yandırmışlar.

Andranikin quldur dəstəsi 1918-ci ildə Zəngəzur zonasında yüzdən çox azərbaycanlı kəndini talayıb, dağıdıb, əhalisini yandırmışlar.

Ermənilərin qəddarlığı sayəsində İrəvanın başını qara buludlar almış, İran, Osmanlı imperiyası arasında olan qanlı müharibələr İrəvan şəhərinə ağır zərbələr vurmuşdu. Bu ağrı-acılı günlərdə Şimali Cənubi Azərbaycanın İrəvana köməyi sayəsində əhalinin şəhəri bərpa etməsi, yenidən dirçəlməsi bir daha sübut edir ki, qondarma Ermənistan ərazisi Azərbaycanın ayrılmaz bir parçası, doğma məskəni olmuşdur.

Tarixi mənbələr göstərir ki, 1827-ci il oktyabrın 1- rus qoşunları İrəvanı ermənilərlə birlikdə çətinliklə zəbt etdikdən sonra bədnam Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusiyaya birləşdirilmiş, bununla da İrəvandakı azərbaycanlıların qara günləri başlanmış, əhali hər an təzyiqlərə, ermənilərin terroruna məruz qalmışdır.

İrəvanda həmin dövrdə 12 min nəfərlik 2400 ailə, şəhərin ətrafında isə vur-tut 1500-2000 erməni yaşayırdı. XIX əsrin axırları, XX əsrin əvvəllərində İrəvanda yeni məktəblər açılmış, dərslik bədii əsərlər nəşr olunmuş, milli mədəniyyət inkişaf etmişdir. İrəvanda 8 məscid tikilmişdi. Əzəmətli Göy Məscid Günlüklü Məscidi 1988-ci ilədək qalırdı.

Azərbaycanlıların 1948-1953- illərdə köçürülməsi haqqında qərarı İ.Stalin vermiş, bu işə Mikoyan başqaları da cəlb