Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı özünün ən uğurlu dövrünü yaşayır
Siyasət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı özünün ən uğurlu dövrünü yaşayır

"Üç ildən bir qədər çox əvvəl elə həmin bu zalda Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi. Qürurla deyə bilərəm ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub". Azərbaycan Prezidenti İlham Əliyev martın 2- Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakı zamanı bu fikirləri söyləmişdir.

Bəli, ölkəmiz bəşəri dəyərlərin təbliğinə xidmət edən təşkilata sədrliyi 2019-cu ildə qəbul etmiş 2022-ci ilə qədər bu missiyanı uğurla həyata keçirmişdir. Yalnız sədrliyi dövründə deyil, Hərəkatın üzvlüyünə qoşulduğu ilk vaxtlardan Azərbaycan üzv dövlətlərlə münasibətlərin yüksəldilməsinə, dünyada sülhün təhlükəsizliyin möhkəmlənməsinə dayanıqlı inkişafa mühüm töhfələr vermiş, beynəlxalq hüququn norma prinsiplərini qətiyyətlə müdafiə etməklə böyük nüfuz qazanmışdır. QH- sədrliyin Azərbaycana həvalə edilməsi bu müddətin 2023- ilə qədər uzadılması ölkəmizə olan etibarın, etimadın nümunəsidir. Belə ki, 3 il sədrliyi dövründə Bandunq prinsiplərinə sadiq qalaraq terrorla mübarizəyə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın şaxələndirilməsinə, beynəlxalq hüquq öhdəliklərin yerinə yetirilməsinə, qaçqınlar probleminin, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə səy göstərən Azərbaycan üzv dövlətlərin razılığı dəstəyi ilə Hərəkata sədrliyini bu il davam etdirir.

Azərbaycan üzvlükdən sədrliyə doğru layiqli yol qət edərək səmərəli fəaliyyəti ilə dünya birliyi arasında yüksək etimad qazanmaqla bərabər, eyni zamanda yeni dünya düzəninin formalaşdığı, beynəlxalq statuslu təşkilatların belə səhnədən çıxdığı bir dövrdə Qoşulmama Hərəkatının bir çox qlobal məsələlərin həllində güc amilinə çevrilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Prezidentinin təşkilat çərçivəsində dünya dövlətləri ilə dostluq zəminində əməkdaşlıq, tərəfdaşlıq münasibətləri qurması, dünyada tərəqqiyə, inkişafa töhfə vermək missiyası həyata keçirməsi beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən, mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilən, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik inkişafa yardım etmək olan Qoşulmama Hərəkatının beynəlxalq aləmdə vacib aktor kimi çıxış etməsinə şərait yaratmışdır. Təşkilatın tarixində ilk dəfə onun Parlament Gənclər şəbəkələri yaradılmışdır.

Dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən, 1961-ci ildə keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya Afrikanın 25 dövlət hökumət başçısının iştirakı ilə təşkil olunan Zirvə görüşündə institusional əsası qoyulan, heç bir blokda iştirak etməyən Qoşulmama Hərəkatı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşaraq bəşəri dəyərlərin təbliğinə xidmət edir. BMT Nizamnaməsinin məqsəd prinsiplərini həyata keçirərək bütün irqlərin xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan, böyük dövlətlərin xüsusi maraqlarına xidmət etməkdən, hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərməkdən çəkinmək, bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, məhkəmə həlli tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək missiyasını yerinə yetirən Hərəkat beynəlxalq öhdəliklərə xidmət etməklə üzv ölkələr arasında qarşılıqlı maraq əməkdaşlığı təşviq edir.

Hərəkatın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsində fəal iştirak edən Azərbaycan 2019-cu ildə "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına evsahibliyi etmişdir. Koronavirus pandemiyası ilə əlaqədar həlli məqsədilə ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini irəli sürmüş dünyada vaksinlərin ədalətli bölgüsü, əlçatanlığının təmin olunması istiqamətində inkişaf etmiş ölkələri donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmışdır. Dövlətimiz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuş