Ölkəmizin ədalətli təklifi regionun inkişafına və rifahına zəmanətdir
"2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır.
Regionda sabitlik və təhlükəsizlik sülh və əməkdaşlıqdan asılıdır. Cənubi Qafqazda münaqişələrin həlli bölgənin inkişafına və rifahına təkan verər, bununla da qlobal təhlükəsizlik zəncirinin bir hissəsinə çevrilə bilər. Ermənistanın pozuculuq fəaliyyətinə son verməsi, region dövlətləri ilə dinc yanaşı yaşama prinsiplərinə əsasən davranması mühüm şərtlərdən sayılır. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı yalnız Azərbaycanın sülh razılaşmasına dair irəli sürdüyü təkliflər əsasında mümkün ola bilər. Bunun üçün də Ermənistan üzərinə götürdüyü öhdəlikləri, o cümlədən 2020-ci il noyabrın 10-da Moskvada Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın şərtlərini yerinə yetirməlidir. Amma kapitulyasiya aktını imzalayan rəsmi İrəvan sənədin müddəalarına əməl etmir. Bununla regionda sabitliyi təhdid edir. Belə görünür ki, rəsmi İrəvana havadarları yenə hansısa yalan vədlər veriblər.
Bir əsrdən artıq yalanlar və xülyalarla böyüyən nəslə 44 günlük müharibə gerçəkliyi başa saldı. Azərbaycanın Qarabağ Zəfərindən sonra regionda yeni reallıqlar yarandı. Qalib ölkəmiz proseslərə humanist yanaşaraq Ermənistan tərəfinə sülh təklif etdi. Beləliklə, postmünaqişə dönəmində Azərbaycanın həyata keçirdiyi sistemli işlər nəticə etibarilə onun düzgün yolda olduğunu nümayiş etdirir. Azərbaycan regiona uzunmüddətli sülhü gətirmək və ermənilərin 30 il ərzində talan edib dağıtdıqları, viran qoyduqları əraziləri yenidən cənnətə çevirmək istəyir. Amma dünyada və keçmiş sovet məkanındakı mövcud vəziyyətdən Ermənistan hələ də nəticə çıxara bilmir. Ölkənin Baş naziri Nikol Paşinyan Parislə Moskva arasında vurnuxur. Qərbə vədlər verib Rusiyanın ətəyindən yapışır.
Dövlət başçısı qeyd edib ki, Ermənistan postmüharibə dövrünü düzgün təhlil etməli, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki bu, onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Nikol Paşinyanın bu günədək müxtəlif beynəlxalq platformalarda verdiyi vədlərdən və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıraraq həyata keçirdiyi anti-Azərbaycan kampaniyası, o cümlədən sülh sazişi üzrə danışıqları və beynəlxalq vasitəçilərin səylərini heçə endirən ritorikası Ermənistan üçün heç bir xeyirli gələcək vəd etmir.
Ermənistan rəhbərliyinin azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri qayıtması hüququnu təkzib etməsi, yüz minlərlə azərbaycanlının daxil olduğu Qərbi Azərbaycan İcmasının dialoqa çağırışına Ermənistanın qarşı çıxması, bu hüquqların tələbinin "ərazi iddiası" kimi təqdim edilməsi Ermənistanın "insan hüquqları"na heç bir dəyər verməyən və "etnik təmizləmə əsasında monoetnik dövlət titulu"nu qorumaq üzrə məkrli siyasətinin bir göstəricisidir. Ermənistan baş nazirinin növbəti dəfə