Azərbaycanın Milli Qurtuluş Günü
Siyasət

Azərbaycanın Milli Qurtuluş Günü

Azərbaycan xalqının tarixi əlamətdar hadisələrlə zəngindir. Bu hadisələrin bir qismi xalqın taleyində müəyyənedici əhəmiyyət kəsb edərək, onun sonrakı inkişaf yolunu müəyyənləşdirir. Belə hadisələrdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür. Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev 1993- il 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu tarixdən etibarən Azərbaycan Respublikasının inkişafında yeni dövr - dövlət müstəqilliyimizin dönməzliyinin təmin edilməsi dövrü başlandı. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazıldı. Bu gün 1997-ci ilin 15 iyunundan ölkəmizdə bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət prinsipiallığı onun yüksək liderlik əzmini bir daha göstərdi. Xüsusən, 1992-1993- illərdə xalqı, dövləti yaşanan sarsıntı təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız fitri idarəçilik, dəmir iradə, geniş siyasi dünyagörüş kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət müstəqilliyini qorumaq yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə xalqımız canı, qanı hesabına əldə etdiyi müstəqillik nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə nəzərlərini Ulu Öndər Heydər Əliyevə yönəltdi. Ulu Öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi 35 illik zaman kəsiyinin mahiyyətində xalqımızın intizarda olduğu arzular, niyyətlər məramlar gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi kimi misilsiz tarixi prosesi əhatə edir. Ulu Öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı inamına söykənərək nail oldu, gecəli-gündüzlü əziyyətlərə qatlaşaraq Azərbaycanın milli qurtuluşunun təmin edilməsinin ideoloji əsaslarını işləyib hazırladı. Məhz onun işləyib hazırladığı müddəalara, taktiki strateji yollara əsasən Azərbaycanda milli qurtuluşun inkişafın bünövrəsi qoyuldu.

 "Mənim həyatım da, fəaliyyətim yalnız yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. O qeyd edirdi ki, "əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz". Dövlət müstəqilliyinin bərpa edilməsi möhkəmləndirilməsi barədə Ulu Öndər Heydər Əliyev 2001-ci il, yeni əsr üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: "Müstəqilliyi elan etmək, onun qorunması möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu hələ azdır. Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun".

Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanunu - Konstitusiyası qəbul edilmişdir. 1993- ildə Ulu Öndər qarşıya qoyulan bu taleyüklü vəzifəni belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".