Azərbaycanın meqalayihələri Avrasiyanın enerji xəritəsini dəyişdirir
Siyasət

Azərbaycanın meqalayihələri Avrasiyanın enerji xəritəsini dəyişdirir

"Biz 30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Bu gün isə artıq bu sahələr şaxələndirilir, ABŞ Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin. Əvvəlcə bu, neftə aid idi, indi isə qaz sahəsi burada söhbət mövzusudur. Biz nəhəng enerji infrastrukturu yaratmışıq ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 31- Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz - "Caspian Oil&Gas" 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində çıxışı zamanı bildirib.

Azərbaycan dünyanın siyasi xəritəsinin nisbətən kiçik ərazisində yerləşsə , olduqca sanballı geosiyasi məkana çevrilə bilmişdir. Doğrudur, bəzi iqtisadçılar dövlət quruculuğunda sürətli iqtisadi inkişafda əldə edilmiş uğurları bəzən təbii sərvətlər amili ilə izah etməyə çalışırlar. Ancaq qeyd etməliyik ki, zəngin təbii sərvətlərə malik olan ölkələrin heç hamısı dövlətimizin nail olduğu yüksəlişi əldə edə bilməyib. Sözsüz ki, təbii resursların mövcudluğu ciddi amilə çevrilərək müəyyən rol oynayır. Bununla bərabər, sərvətlərin səmərəli istifadə edilməsi, fəaliyyətin forma metodları da olduqca əhəmiyyətlidir. Azərbaycan dövlətinin başçısı İlham Əliyev hələ Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışdığı dövrdə peşəkar diplomat kimi yarana biləcək problemlərə açılan perspektivlərə dair düzgün qərarlar vermək bacarığını nümayiş etdirmişdi.

Qlobal məsələlərdə uzaqgörənliyə malik olmaq isə hər bir dövlət başçısına xas olan cəhət deyil. Bunu yalnız Heydər Əliyev kimi nəhəng siyasətçinin məktəbini keçmiş bir şəxsiyyət bacara bilərdi...

1994- ildə Bakıda "Əsrin müqaviləsi" imzalandığı vaxtdan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının həyata keçirilməsinə başlanıldı. İlk olaraq Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi layihələr reallaşdırıldı. Heydər Əliyev kursunun davamı kimi müasir neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin əldə etdiyi nailiyyətlərdən danışan Prezident İlham Əliyev demişdir: "Hazırda neft qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək eyni zamanda yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu".

2013- il dekabrın 17- Azərbaycan üçün öz vacibliyi əhəmiyyətinə görə tarixi hadisə baş verdi. Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarı imzalandı. Məhz həmin layihə Azərbaycan Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşdırılmasına təkan verdi, Avropaya yeni qaz dəhlizinin açılmasını təmin etdi. 3500 kilometr məsafədən nəql olunan mavi yanacaq bu gün Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya digər ölkələrdə milyonlarla istehlakçını təmin edir. Bu layihə həmçinin regionun, Avrasiyanın enerji xəritəsini dəyişməkdədir. Belə ki, Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql olunur, bununla da ölkəmizin uzunmüddətli dayanıqlı inkişafı təmin edilir. Təbii ki, enerji təhlükəsizliyi təkcə marşrutların deyil, həm mənbələrin şaxələndirilməsidir. Azərbaycan bu istiqamətdə uğurlu fəaliyyət göstərir. Elə bu səbəbdən Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş, ümumavropa qaz təchizatçısı adlandırır.

Qarşıya qoyulan hədəflərə çatmaq üçün Azərbaycan təşəbbüslərlə çıxış edir, digər layihələrin icrasında iştirakçı olur. Ötən ilin sentyabrında Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılışı da mühüm layihələrdəndir. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da, qonşu ölkələrə qaz nəql edəcək. Macarıstan