Qurtuluş Günü xalqımız üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində müstəsna rol oynayan, inkişafının sarsılmaz təməllərini qoyan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.
Müasir dövlətçilik tariximiz ümummilli lider Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir desək yanılmarıq. Çünki ulu öndər tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkib, gələcəyə hesablanmış inkişaf strategiyası hazırlayaraq onu uğurla reallaşdırıb. Bu səbəbdən də xalqımız Milli Qurtuluş Gününü hər zaman qürur hissilə qeyd edir.
30-cu ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü tariximizin şanlı məqamı, müasir dövlətçilik salnaməmizin isə ən şərəfli səhifəsidir. Çünki məhz bu gün Azərbaycanın müstəqilliyinin davamlılığının, dövlətçiliyimizin müqəddəratının həll olunduğu tarixdir.
Vurğulamaq lazımdır ki, xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz ulu öndərin şəxsiyyətində görürdü. Bir lider kimi Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam, xalq və lider birliyi dünya tarixində az rast gəlinən faktlardandır.
Azərbaycanın müasir dövlətçilik tarixinin ən faciəli və qanlı-qadalı dövrünə çevrilən 1993-cü ilin iyun hadisələri, kəskinləşən siyasi və hərbi böhran AXC-Müsavat iqtidarının siyasi yarıtmazlığının məntiqi nəticəsi idi. Hələ Gəncə hadisələrinə qədər ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, hakimiyyətsizlik, anarxiya baş alıb gedirdi. İqtidarın səriştəsizliyi vətəndaş müharibəsinə və ölkənin parçalanmasına zəmin yaratmışdı. Bir sözlə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması tam gücü ilə işə salınmışdı və AXC-Müsavat iqtidarı da buraxdığı kobud sahvlərlə buna rəvac verirdi.
Həmin günlərdə bütün nəzərlər Naxçıvana dikilmişdi. Çünki vəziyyəti təhlil edən hər kəs anlayırdı ki, məhz müdrik siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyev bu çətinliklərin öhdəsindən gələ, xalqa və dövlətə nicat bəxş edə bilər. O zaman Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyev uğurlu siyasət yürüdərək, blokada vəziyyətində olan Naxçıvanda erməni təcavüzünün qarşısını qətiyyətlə almışdı, ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlişini tələb edirdilər.
Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev isə ona bəslənilən ümidləri doğrultmaq üçün məhz həmin günlərdə ölkəni xilas etmək kimi böyük bir məsuliyyəti öz üzərinə götürdü. Heydər Əliyev fenomeni Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.
15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə həkk olundu. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi. Bu gün müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzularımızın real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşması oldu.
Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etdi. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi" və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996-cı